Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb

Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb

Kibertəhlükəsizlik
10.06.2021 PAYLAŞIM

    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllardan, brauzerlərdki autocomplete məlumatlardan və hətta ödəniş məlumatlarından ibarət böyük ölçülü məlumatlar bazasını aşkar ediblər. Maraqlısı ondadır ki, bütün bu məlumatlar bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb və onun hansı zərərli proqram təminatı olduğu hələ təyin edilməyib. Ortaya çıxmış məlumatlar bazasının ümumi həcmi 1.2 TB (terabayt) təşkil edir. Sözügedən məlumatlar bazasının daxilində 26 milyon istifadəçi hesabı, 1.1 milyon elektron poçt ünvanı, 2 milyarddan çox cookies məlumatlar və 6.6 milyon digər fayllar mövcuddur.

    Bu məlumat sızıntısı barədə xəbəri NordLocker şirkətinin mütəxəssisləri veriblər. Aşkar edilmiş məlumatlar bazasının analizi onu göstərib ki, ayrı-ayrı hallarda istifadəçilər öz şifrələrini Notebook sistem tətbiqi vasitəsilə yaradılmış fayllarda sadə mətn şəklində saxlayıblar. Bundan əlavə olaraq mütəxəssislər bu məlumatlar bazasında milyondan çox foto və 650.000-dən çox Word PDF formatlı sənəd aşkar ediblər. Bütün bu məlumatları oğurlamış zərərli proqram təminatı screenshot və veb kamera vasitəsilə fotolar da çəkə bilirmiş.


    Həmçinin məlum olub ki, məlumatlar bazasına daxil edilmiş məlumatların bir hissəsi messencerlərdən, elektron poçt servislərindən, fayl mübadiləsi tətbiqlərindən və s. kimi mənbələrdən əlavə edilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, aşkar edilmiş məlumatlar 2018-2020-ci illər arasındakı müddətdə oğurlanıblar. 3 milyona yaxın istifadəçi bu hadisənin qurbanına çevrilib. NordLocker şirkətinin mütəxəssisləri düşünürlər ki, bu hadisənin arxasında darkweb-də satılan zərərli proqram təminatı dayanır. Buna baxmayaraq mütəxəssislər sözügedən zərərli proqram təminatının növünü və hətta onun hansı sinif zərərli proqram təminatına aid olduğunu təyin edə bilməyiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub (VİD..

Facebook-un istifadəçi məlumatlarını yığması faktı artıq heç kimi təəccübləndirmir.


Google Play-də 'Squid Game' serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edil..

Netflix şirkətinin bir neçə müddət bundan öncə ekranlara çıxartmış olduğu "Squid Game” serialı ..


Donald Trump-ın sosial şəbəkəsi istifadəyə verilməmişdən öncə artıq hack edilib..

Anonymous adlı məşhur hacker qruplaşması Donald Trump tərəfindən təsis edilmiş TRUTH Social adlı sos..


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..

×