Logo
    main-post-cover

    Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş

    Təhlükəsizlik
    03.04.2024
    Emil
         Facebook istifadəçilərin konfidensiallıqlarının pozulması ilə bağlı yeni qalmaqalın mərkəzinə düşüb. Belə ki, məlum olub ki, Meta şirkəti 2011-ci ildən (həmin illərdə şirkətin adı Facebook idi) Netflix-ə Facebook istifadəçilərinin özəl mesajlarını oxumaq imkanını təqdim edib. Səbəb isə Netflix-in istifadəçilər üçün daha uyğun kontentləri məsləhət görə bilməsi idi. Keçən ilin aprel ayında Meta şirkəti ABŞ-ın iki vətəndaşı tərəfindən məhkəməyə verildi. Şirkəti məhkəməyə vermiş şəxslər Maximillian Klein Sarah Grabert-dir. Onlar tərəfindən Meta şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, Facebook ilə Netflix arasında xüsusi razılaşma var və həmin razılaşmaya əsasən sosial şəbəkə Netflix-ə Inbox API üzərindən istifadəçilərin özəl məlumatlarını əldə etmək imkanını verib.
         Netflix isə öz növbəsində istifadəçilərə kontentlərlə bağlı sərgilənmiş məsləhətlər və istifadəçilərin Netflix interfeysi ilə qarşılıqlı əlaqələri mövzularında hər 2 həftədən bir Facebook-a hesabat təqdim etməli idi. Bu hesabatlar Facebook-a hədəflənmiş reklamlarda yardımçı olmalı idi. Məlumata əsasən tərəflər arasında bu razılaşmada əsas rolu həmçinin Netflix-in həmtəsisçisi Reed Hastings ilə Meta-nın təsisçisi Mark Zuckerberg arasındakı dostluq əlaqələri oynayıb. Bununla yanaşı Netflix şirkəti Meta-nın platformalarında reklamlara külli miqdarda vəsait sərf edib. Məsələn şirkət 2019-cu ildə Facebook reklamlarına 200 milyon dollar vəsait xərcləyib.
    Paylaş
    Bənzər xəbərlər