Ortaya çıxmış Whatsapp Pink messenceri istifadəçi məlumatlarının oğurlanması ilə məşğul olur

Ortaya çıxmış Whatsapp Pink messenceri istifadəçi məlumatlarının oğurlanması ilə məşğul olur

Kibertəhlükəsizlik
28.04.2021 PAYLAŞIM

    İnternetdə Whatsapp-ın bir çox təkmilləşdirilmiş növü mövcuddur. Lakin onların heç də hamısı təhlükəsiz deyil və bəziləri özlərində zərərli proqram təminatını birləşdirirlər. Bir neçə müddət bundan öncə Whatsapp Pink adlı messencer versiyası ortaya çıxıb. Sözügedən messencerin təsvirində qeyd olunub ki, istifadəçilər onu yükləməklə əlavə funksiyalara sahib təkmilləşdirilmiş Whatsapp-ı əldə edirlər. Lakin həqiqət isə ondan ibarətdir ki, Whatsapp Pink zərərli proqram təminatından ibarətdir.

    Belə ki, sözügedən tətbiqi yükləyəndən sonra o, istifadəçinin əsl Whatsapp tətbiqindəki qeydiyyat məlumatlarının qeyd olunmasını tələb edir və qeydiyyatdan keçəndən sonra həmin məlumatları oğurlamaq çox asan olur. Qeyd etmək lazımdır ki, bu tətbiqin APK faylının yüklənməsi barəsində mesajlar virus şəklində əsl Whatsapp çatlarında yayılır. Həmin mesajlarda istifadəçilərə Whatsapp Pink-in yüklənməsi təklif olunur və yüklənmə linki yerləşdirilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər göndərilən bu cür linklərə daxil olmamağı və Whatsapp Pink-i yükləməməyi məsləhət görürlər. Əks halda konfidensial məlumatlar oğurlana və hətta istifadəçinin cihazına uzaqdan müdaxilə edilə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..


Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aş..

Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təmin..

×