Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və video oğurlayıb

Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və video oğurlayıb

Kibertəhlükəsizlik
25.08.2021 PAYLAŞIM

    Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hack edərək intim xarakterli 620.000 foto və video oğurlaya bilib. Hüquq-mühafizə orqanları sözügedən şəxsi artıq yaxalayıblar. Hao Kuo Chi 4 maddə üzrə öz günahını etiraf edib. Məlum olub ki, bu hacker özünü Apple şirkətinin dəstək xidməti əməkdaşı kimi təqdim edib və beləliklə istifadəçilər ilə elektron poçt yazışmalarında onları Apple ID ilə şifrələri təqdim etməkdə razı sala bilib. Nəticədə hacker minimum 306 nəfər istifadəçinin iCloud hesabını əldə edə bilib. Onların əksəriyyəti qadınlar olublar.

    Hackerin sözlərinə əsasən minimum 200 istifadəçi hesabının hack edilməsi sifarişi ona tanımadığı insanlar tərəfindən internetdən gəlib. “icloudripper4you” ləqəbi ilə öz əməliyyatlarını reallaşdırmış hacker iCloud hesablara giriş xidmətlərini təklif edirmiş. Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma çərçivəsində hacker etiraf edib ki, o bunu sadəcə olaraq foto və videoların əldə olunması üçün edib. Bundan əlavə olaraq hacker günahını etiraf edən zaman qeyd edib ki, o öz həyatından, karyerasının gələcəyindən narahatdır və bu hadisənin ona ciddi zərər verməyəcəyini istəyir. O həmçinin bildirib ki, onun ailəsi var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər BitMart adlı kriptovalyuta birjasını hack edərək 150 milyon dollar vəs..

BitMart adlı kriptovalyuta birjasını hack etmiş hackerlər ümumi dəyəri 150 milyon dollar olan müxtəl..


ABŞ-ın dövlət orqanı əməkdaşlarının smartfonları NSO Group-un casus proqram təmi..

Reuters saytının verdiyi məlumata əsasən ABŞ-ın Dövlət Departamentinin Uqanda ilə çalışan minimum 9 ..


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..

×