Pulsuz VPN servislərinin ümumilikdə 20 milyon istifadəçisinin konfidensial məlumatı sızdırılıb

Pulsuz VPN servislərinin ümumilikdə 20 milyon istifadəçisinin konfidensial məlumatı sızdırılıb

Kibertəhlükəsizlik
20.07.2020 PAYLAŞIM

    Hesab olunur ki, VPN istifadəsi veb surfing zamanı istifadəçinin konfidensial məlumatlarının təhlükəsizliyini təmin edir. Lakin məlum olub ki, internet səhifələrinin hətta VPN vasitəsilə izlənməsi istifadəçinin anonimliyini qorumur. Bir neçə müddət bundan öncə məşhur VPN servislərinin sızdırılmış məlumatlar bazası milyonlarla istifadəçinin konfidensial məlumatlarını özündə birləşdirib. Bu barədə Androidpolice saytı xəbər verib. VpnMentor analitik şirkətinin tədqiqatçıları pulsuz VPN servislərinin 20 miylon istifadəçisinin sızdırılmış məlumatlarını aşkar ediblər.

    Qorunmamış serverdə UFO VPN, Fast VPN, Flash VPN, Rabbit VPN, Secure VPN Free VPN adlı VPN servislərinin istifadəçilərinin konfidensial məlumatları yerləşdirilib. Həmin məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, şifrələnməmiş şəkildə saxlanılmış özəl şifrələri, IP ünvanları, cihazlarının identifikatorları və smartfonlarının modelləri kimi məlumatlar olub. Sızdırılmış məlumatların ümumi həcmi 1.2 GB təşkil edib. Qeyd etmək lazımdır ki, istifadə edilmiş həmin VPN servislərinin Google Play App Store platformalarındakı reytinqləri 4.5 ulduzdur. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..


Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aş..

Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təmin..


Hackerlər Apple-a aid sənədlərə görə şirkətdən 50 milyon dollar tələb edirlər..

Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkət..

×