main-post-cover

    Pulsuz VPN tətbiqlərinin 21 milyon istifadəçisinin məlumatları internetdə satışa çıxarılıb

    Təhlükəsizlik
    01.03.2021
    Farid Pardashunas
        Android üçün olan pulsuz VPN tətbiqlərinin 21 milyon istifdaçəsinin məlumatlar bazası internetdə satışa çıxarılıb. Bu barədə Cybernews saytı xəbər verib. Məlumata əsasən söhbət, 3 VPN servisdən gedir: SuperVPN, GeckoVPN ChatVPN. Bununla belə SuperVPN tətbiqi Google Play-də lider servislərdən biridir. Belə ki, onun 100 milyon yüklənmə sayı var. Bu cür tətbiqlər bu və ya digər ölkədə bloklanmış veb resurslara daxil olmaq üçün real IP ünvanı saxtası ilə əvəz edirlər və quraşdırıldıqları cihazlar barəsində məlumatları qismən gizlədirlər.
        İnternetdə istifadəçilərin elektron poçt, login və şifrələrindən əlavə olaraq həmçinin ödənişləri, premium istifadəçi hesablarının istifadə müddətləri barəsində məlumatları da satışa çıxarılıb. Məlumatların satışa çıxarıldıqları resurslarda istifadəçi məlumatlarını aid olduqları ölkələr üzrə filtrləmək olur. Arxivlərdən biri isə istifadəçilərin cihazlarının seriya nömrələrini, smartfonlarının növlərini, brendlərini və cihazların ID ilə IMSI nömrələrini özündə birləşdirir.
        Hackerlər bildiriblər ki, bu məlumatlar hamı üçün açıq olan məlumatlar bazasından əldə edilib. Tətbiqlərin tərtibatçılarının öz müştərilərinin məlumatlarını standart istifadədə qoymaları səbəbilə həmin məlumatlar bazasında boşluqlar yaranıb. Əgər bu həqiqətən də belədirsə deməli VPN xdimətlərini təqdim edənlər öz istifadəçiləri barəsində daha çox məlumatı yığırlar. Mütəxəssislərin fikirlərinə əsasən satışa çıxarılmış məlumatlar fishing və hacker hücumlarında istifadə oluna bilərlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər