Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edilib

Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edilib

Kibertəhlükəsizlik
07.05.2021 PAYLAŞIM

    Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluqdan istifadə edərək hackerlər Qualcomm modemlərinə sahib Android smartfonlarda konfidensial məlumatları əldə edə bilərlər. Mütəxəssislərin hesablamalarına əsasən bu təhlükə aktual olan Android smartfonların 40%-ni əhatə edir. Mütəxəssislər qeyd ediblər ki, Qualcomm-un bəzi prosessorlarındakı modemlərdə olan boşluq proqram təminatını dinamik şəkildə dəyişməyə və standart təhlükəsizlik sistemlərindən yan keçməyə imkan verir. Nəzəri cəhətdən zərərli tətbiqlər bu cür boşluqdan istifadə edə bilərlər.

    Nəticədə onlar telefon zənglərinin tarixçəsini, mətn və səsli mesajları əldə edə, bəzi hallarda isə real zaman ərzində telefon danışıqlarını dinləyə bilərlər. Milyonlarla istifadəçinin telefon danışıqlarının yazıları da potensial olaraq oğurlana bilər. Aşkar edilmiş boşluğu analiz edəndən sonra mütəxəssislər qənaətə gəliblər ki, Google, Samsung, LG, OnePlus, Xiaomi və digər məşhur brendlərin smartfonları bu boşluqdan zərər çəkə bilərlər. Təqdim edilmiş hesabatla tanış olandan sonra Qualcomm bildirib ki, o, 2020-ci ilin dekabr ayında smartfon istehsalçılarına lazımi təhlükəsizlik yenilənmələrini göndərmişdi. Bundan əlavə olaraq Qualcomm bildirib ki, hal hazırda hackerlərin bu boşluqdan istifadə etdikləri bir hal qeydə alınmayıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyy..


Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfi..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllard..


FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayı..

Aparılmış Trojan Shield adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünya üzrə minlərlə polisin işt..


Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)..

Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şir..


Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta geniş..


Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikato..

×