Rockstar Games kiberhücuma məruz qaldığını təsdiqlədi
Təhlükəsizlik
13.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Rockstar Games rəsmi olaraq üçüncü tərəf üzərindən məlumat sızması hadisəsinə məruz qaldığını təsdiqləyib. Şirkət bildirib ki, kibercinayətkarlar onların istifadə etdiyi xarici xidmət təminatçılarından biri vasitəsilə müəyyən məlumatlara çıxış əldə ediblər.
Hadisəyə görə məsuliyyəti əvvəllər də bir sıra böyük şirkətlərə hücumlarla gündəmə gəlmiş məşhur hacker qrupu ShinyHunters öz üzərinə götürüb. Qrup Rockstar Games-ə ultimatum verərək bildirib ki, şirkət 14 aprel tarixinə qədər onlarla əlaqə saxlamasa, əldə olunan məlumatlar internetdə yayımlanacaq.
Hakerlər hansı məlumatları ələ keçirdiklərini dəqiq açıqlamasalar da, onların paylaşdığı mesaja əsasən bu məlumatların sızdırılması şirkət üçün “rəqəmsal problemlər” yarada bilər. Bununla belə, Rockstar Games məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisə nəticəsində yalnız “məhdud həcmdə və əhəmiyyət daşımayan daxili şirkət məlumatları” əldə olunub.
Şirkət əlavə edib ki, baş verən insident nə onların fəaliyyətinə, nə də oyunçuların məlumatlarına təsir göstərib. Yəni hazırda istifadəçi hesabları və oyun xidmətləri üçün təhlükə olmadığı vurğulanır.
Paylaş