Şantaj xarakterli yeni növ zərərli proqram təminatları əvvəlkilərdən daha təhlükəlidirlər

Şantaj xarakterli yeni növ zərərli proqram təminatları əvvəlkilərdən daha təhlükəlidirlər

Kibertəhlükəsizlik
06.04.2021 PAYLAŞIM

    F-Secure şirkətinin kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssisləri istifadəçiləri şantaj etmək xarakterini daşıyan ikinci nəsil zərərli proqram təminatlarının məşhurlaşmasından xəbər veriblər. Buna misal olaraq Ransomware 2.0 adlı kateqoriyaya daxil olan zərərli proqram təminatlarını gətirmək olar. O, istifadəçi məlumatlarının şifrələnməsi üçün daha qəliz alqoritmlərdən istifadə edir. Əgər 2019-cu ilin əvvəlində şantaj xarakterli zərərli proqram təminatlarının yalnız 1 kateqoriyası bilinirdisə, indi onların sayı 15-ə çatıb.

2020-ci ildə aşkar edilmiş virusların 40%-i şifrələmədən əlavə olaraq həmçinin istifadəçi məlumatlarının oğurlanması ilə də məşğul olur.

    Ransomware 2.0 üsulunu seçmiş hacker qurbanın kompüterindən daha çox maraqlı məlumatın əldə edilməsini nəzərində tutur. Daha sonra isə hacker həmin məlumatlar ilə qurbanı şantaj edir. Belə ki, bu cür kiberhücumdan zərərçəkmiş şəxs hackerin tələb etdiyi müəyyən pul vəsaitini ödəməkdən imtina edərsə, hacker konfidensial məlumatları internetə yerləşdirəcəyi barəsində həmin şəxsi şantaj edir. Hackerlər şantajdan ona görə istifadə edirlər ki, istifadəçilərin çoxu öz fayllarının ehtiyat kopyalarını yaradırlar.


    Beləliklə onlar kiberhücum nəticəsində fayllarının şifrələnməsindən qorxmayaraq hackerlərə pul vəsaitlərinin köçürülməsindən imtina edirlər. Hüquq-mühafizə orqanlarının təmsilçiləri dəfələrlə qeyd edirlər ki, əgər şirkətlər Ransomware 2.0 kateqoriyasına aid olan virusla qarşılaşıblarsa, onlar pul vəsaitinin ödənilməsindən qəti şəkildə imtina etməlidirlər. Belə ki, pul vəsaitinin ödənilməsi oğrulanmış faylların geri qaytarılmasına və kompüterin yenidən bu cür virusla yoluxmayacağına zəmanət vermir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..


İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər..

Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ə..


Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və..

Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hac..

×