main-post-cover

    Signal messencerinin ABŞ hökuməti ilə sıx əlaqədə olduğu düşünülür

    Təhlükəsizlik
    10.05.2024
    Sabina Rustamli
         Şifrələnmiş mesajların mübadiləsi xidmətini təklif edən Signal adlı messencer öz yazışmalarının konfidensiallıqlarına ciddi önəm verən istifadəçilər arasında çox məşhurdur. Hətta Edward Snowden Elon Musk kimi məşhur şəxslər də sözügedən messencerdən istifadəyə üstünlük verirlər. Lakin bu messencer düşünüldüyü kimi o qədər də etibarlı olmaya bilər. Bunun əsas səbəbi kimi Signal Foundation adlı qeyri-kommersiya fondunun idarə heyətinin katibi Katherine Maher çıxış edir. Signal messenceri məhz Signal Foundation fondu tərəfindən idarə olunur. Bu messencerin əsasında olan texnologiya isə ABŞ hökumətinin idarəsi altında olan Açıq Texnologiyalar Fondu (Open Technology Fund / OTF) tərəfindən olmuş 3 milyon dollar dəyərində qrant hesabına maliyyələşib.
         Bu fond öz növbəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Müstəqil Asiya Radiosu (Radio Free Asia / RFA) adlı beynəlxalq yayım korporasiyasından ayrılıb. Bu beynəlxalq yayım korporasiyası isə Soyuq müharibə illərində antikommunist propaqandası üçün yaradılmışdı. OTF öz növbəsində bütün dünyada müstəqil internet tərəfdarlarının şifrələnmiş mobil əlaqə alətləri ilə təmin olunmaları üçün Signal messencerini maliyyələşdirib. Belə bir fikir var ki, OTF ilə ABŞ kəşfiyyatı arasında dərin əlaqə mövcuddur. Zamanla OTF ABŞ dövlət departamentinin, hakerlərin yaratmış olduqları açıq internet layihələrini ABŞ-ın xarici siyasətindəki məqsədlərinin reallaşdırılması üçün nəzərdə tutulmuş alətlər qismində istifadəsinə dair təşəbbüsünü xatırlatmağa başladı.
         Əgər bu həqiqətən belədirsə, ABŞ hökumətinin Signal messencerinin fəaliyyətinə təsirini istisna etmək olmaz. Bu mövzuda daha bir maraqlı faktor kimi Signal Foundation adlı fondun idarə heyətinin katibi Katherine Maher çıxış edir. Bu şəxs daha öncə müxtəlif ölkələrdə dövlət rejiminin dəyişilməsinə istiqamətlənmiş missiyalarda iştirak edib. Buna misal olaraq “Ərəb baharı” hadisələrini gətirmək olar. Həmin illərdə Katherine Maher, Yaxın Şərq və Şimali Afrikada rəqəmsal kommunikasiyalar sahəsindəki təşəbbüslərə rəhbərlik edirdi. O, dissidentlərlə (yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insan) ünsiyyət qurmuş və “Rəngli inqilab”-ların təşkilində ABŞ texnologiyalarından istifadə etmişdir.
    Katherine Maher:
         2016-cı ildə o, Wikipedia-nın idarəsi ilə məşğul olan Wikimedia Foundation fondunun CEO-su, 2024-cü ildə isə ABŞ Milli İctimai Radiosunun rəhbəri təyin edildi. Wikipedia-da Maher özünü dezinformasiyaya qarşı mübarizəçi kimi göstərdi və etiraf etdi ki, sözügedən platformada online senzura hökumət ilə danışıqlarda koordinasiya edilib. O, Donald Trump da daxil olmaqla müəyyən şəxslərin rəqəmsal platformalardan silinmələrini açıq şəkildə dəstəkləyirdi və qeyd edirdi ki, ölkədə söz azadlığının təmin olunmasına zəmanət verən ABŞ Konstitusiyasının birinci düzəlişi pis informasiyaların aradan qaldırılmasında birinci böyük problemdir.
        2022-ci ildə Signal Foundation-ın prezidenti vəzifəsinə Meredith Whittaker təyin edilmişdi. O isə öz növbəsində Katherine Maher-i fondun idarə heyətinin sədri vəzifəsinə təyin etdi. Belə ki, bu iki şəxs OTF ilə əlaqəlidir. Meredith Whittaker də sadə bir şəxs deyil. 2018-ci ildə Google-da yüksək vəzifələrdən birində çalışan zaman Whittaker, Me Too (cinsi təcavüzə qarşı olan hərəkat) siyasətinin tətbiqini və müxtəliflik üzrə direktor vəzifəsinin yaradılmasını tələb edərək Google daxilində tətilə səbəb olmuşdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər