Şimali Koreya hakerləri internetdə çoxlu sayda zərərli proqram təminatını yayıblar
Təhlükəsizlik
31.01.2025
Emil
Şimali Koreya hakimiyyəti ilə əlaqələndirilən Lazarus adlı haker qruplaşması, Phantom Circuit adlı genişmiqyaslı kibercinayət əməliyyatı həyata keçirib. Bu əməliyyat zamanı dünyanın müxtəlif yerlərində yüzlərlə sistem sındırılıb və məxfi məlumatlar oğurlanıb. Hakerlər açıq mənbəli (open-source) legitim proqram təminatını klonlayaraq, ona backdoor yerləşdiriblər. Onlar ümid ediblər ki, xüsusilə kriptovalyuta sahəsində çalışan tərtibatçılar və digər potensial qurbanlar təsadüfən bu zərərli tətbiqləri yükləyəcək və nəticədə sistemlərini kibercinayətkarlara açıq edəcəklər. Bu zərərli tətbiqlər GitLab və digər böyük platformalar vasitəsilə yayılıb.
SecurityScorecard şirkətinin kibertəhlükəsizlik mütəxəssislərinin məlumatına əsasən noyabr ayında 181 tərtibatçı Lazarus hücumlarının qurbanı olub (əsasən Avropanın texnologiya sektorundan). Dekabr ayında bu rəqəm 1225 nəfərə yüksəlib, onlardan 284-ü Hindistandan, 21-i isə Braziliyadan olub. Yanvar ayında daha 233 yeni qurban aşkarlanıb, bunlardan 110-u yenə də Hindistanın texnologiya sektoruna aiddir. Hakerlər qurbanlarının giriş məlumatlarını, autentifikasiya tokenlərini, parollarını və digər məxfi informasiyalarını oğurlamağa nail olublar. SecurityScorecard-ın məlumatına əsasən Lazarus qrupu bir sıra populyar open-source layihələri klonlayıb və onları zərərli kodlarla dəyişdirib. Bunlara daxildir:
- Codementor
- CoinProperty
- Web3 E-Store
- Python əsaslı parol meneceri
- Kriptovalyuta və Web3 ilə bağlı digər tətbiqlər.
İstifadəçilər bu tətbiqləri yüklədikdə, backdoor avtomatik olaraq onların sistemlərinə quraşdırılıb. Bu, hakerlərə kompüterlərə uzaqdan qoşulmağa, məxfi məlumatları oğurlamağa və onları öz serverlərinə göndərməyə imkan verib. SecurityScorecard mütəxəssisləri aşkar ediblər ki, Lazarus qrupunun Phantom Circuit əməliyyatına aid C2 (Command and Control) serverləri 2023-cü ilin sentyabr ayından fəaliyyət göstərməyə başlayıb. Bu serverlər aşağıdakı məqsədlər üçün istifadə olunub:
- İnfiltrasiya edilmiş sistemlərə nəzarət
- Zərərli proqram təminatının çatdırılması
- Oğurlanan məlumatların köçürülməsi və saxlanması.
Lakin mütəxəssislər oğurlanmış məlumatların necə emal edildiyini və hakerlərin hansı infrastrukturdan istifadə etdiyini tam müəyyən edə bilməyiblər. Lazarus qrupu Phantom Circuit kampaniyasının mənşəyini gizlətmək üçün müxtəlif üsullardan istifadə edib. Oğurlanmış məlumatlar isə Dropbox bulud saxlama sisteminə yüklənib. Bu genişmiqyaslı hücum Lazarus qrupunun kibertəhlükəsizlik sahəsində nə qədər təkmilləşmiş üsullardan istifadə etdiyini göstərir. Təhlükəsizlik mütəxəssisləri açıq mənbəli proqram təminatından istifadə edərkən diqqətli olmağı və yalnız etibarlı mənbələrdən proqram yükləməyi tövsiyə edirlər.
Mənbə: The Register
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
Google, 2024-cü ildə Google Play mağazasında 2.3 milyondan çox Android tətbiqini bloklayıb. Bloklanmış tətbiqlər platformanın siyasətini pozduğuna və istifadəçilər üçün potensial təhlükəli olduğuna görə silinib.
Təhlükəsizlik
Yeni Android virus Telegram kimi maskalanaraq istifadəçi məlumatlarını oğrulayır
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Cyfirma adlı şirkətin mütəxəssisləri FireScam adlı yeni zərərli tətbiqi aşkar ediblər. Aşkar edilmiş bu zərərli tətbiq Android istifadəçilərinin məlumatlarının oğurlanmasına istiqamətlənib.
Təhlükəsizlik
Hakerlər Android smartfonlardan daha çox iPhone-lara hücum etməyə üstünlük verirlər
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Lookout adlı şirkət maraqlı bir statistikanı təqdim edib. Təqdim edilmiş statistikadan məlum olub ki, Android cihazlar ilk baxışdan göründüyü kimi hakerlər arasında o qədər də məşhur deyillər.
Təhlükəsizlik
Hakerlər Avropa Kosmik Agentliyinə kiberhücumlar təşkil edərək kart məlumatlarını ələ keçiriblər!
Avropa Kosmik Agentliyinin saytı kiber hücuma məruz qalıb və kredit kartı məlumatları oğurlanıb. Hakerlər həssas məlumatları saxta domenə yönləndiriblər.
Təhlükəsizlik
Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
Palo Alto Networks Unit 42 şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri aşkar ediblər ki, böyük dil modelləri zərərli JavaScript kodunun demək olar sonsuz sayda müxtəlif versiyalarını tərtib edə bilirlər.
Ən çox oxunanlar