Süni intellekt Linux komandalarına problem yaradır
Təhlükəsizlik
18.05.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Linux əməliyyat sisteminin yaradıcısı Linus Torvalds süni intellekt alətlərindən istifadə edilərək göndərilən çoxsaylı "bug" hesabatlarının artıq Linux təhlükəsizlik komandaları üçün ciddi problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, AI alətləri ilə aşkar edilən eyni problemlərin fərqli istifadəçilər tərəfindən təkrar-təkrar göndərilməsi təhlükəsizlik siyahılarında böyük yüklənmə yaradıb.
Torvalds Linux kernelinin son vəziyyəti ilə bağlı paylaşımında qeyd edib ki, təhlükəsizlik hesabatlarının böyük hissəsi artıq AI alətlərindən gəlir və onların əksəriyyəti bir-birini təkrarlayır. Bu isə təhlükəsizlik komandasının işini xeyli çətinləşdirir. O bildirib ki, “AI ilə tapılan bir problemi siz aşkar etmisinizsə, böyük ehtimalla başqa biri də eyni alətlə eyni problemi artıq tapıb”. Torvalds bu cür təkrarlanan hesabatları “faydasız iş yükü” adlandırıb.
Linux yaradıcısının sözlərinə görə, AI tərəfindən aşkar edilən problemləri gizli təhlükəsizlik siyahılarında saxlamaq da artıq mənasızdır. Çünki bu cür problemlər adətən unikal olmur və bir neçə nəfər eyni anda onları aşkar edə bilir. Bu isə nəticədə hesabatların təkrarlanmasını daha da artırır.
Paylaş