
Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
Təhlükəsizlik
24.04.2024
Farid
Əksər tanışlıq tətbiqləri konfidensiallıq qaydalarına riayət etmirlər və istifadəçi barəsində daha çox məlumatı yığırlar. Bu barədə məlumat Mozilla-nın yeni hesabatında qeyd edilib. Mütəxəssislər tanışlıq tətbiqlərini konfidensiallıq nöqteyi nəzərdən analiz ediblər və qeyd ediblər ki, tanışlıq tətbiqlərinin istifadəçi məlumatlarına tələbləri artıb. Məlumatda qeyd edilib ki, analiz edilmiş 25 ədəd tanışlıq tətbiqindən 22-si konfidensiallıq siyasətinə riayət etmir. Mozilla ən etibarlı tanışlıq tətbiqi mövzusunda yüksək xalla Lex adlı tətbiqi qiymətləndirib.
Harmony və Happn adlı tətbiqlər isə Mozilla-dan orta xal alıblar. Yerdə qalan 22 tətbiq məhz konfidensiallıq siyasətinə riayət etməyən tətbiqlərdir. Öz hesabatında Mozilla qeyd edib ki, tətbiqlərin 80%-i istifadəçilərin məlumatlarını reklam məqsədləri üçün üçüncü tərəflərə ötürə və ya sata bilər. Mütəxəssislər bildiriblər ki, Hinge, Tinder, OKCupid, Match, Plenty of Fish, BLK və BlackPeopleMeet də daxil olmaqla əksər tanışlıq servisləri istifadəçilərin yerləşdikləri yerləri dəqiq şəkildə təyin edirlər.
Hinge klimi tətbiqlər istifadəçinin yerləşdiyi yerlər barəsində məlumatları fon rejimində yığırlar. Yəni onlar bunu onlardan istifadə edilməyən zaman da edirlər. Tanışlıq tətbiqlərinin əksəriyyəti bildirir ki, böyük həcmdə istifadəçi məlumatlarının yığılmasının əsas məqsədi istifadəçi üçün uyğun partnyorun seçilməsindədir. Lakin onu da nəzərə almaq lazımdır ki, yığılan məlumatlar üçüncü tərəflərin əllərinə keçə bilər. Bu isə öz növbəsində heç də xoş olmayan nəticələrə səbəb ola bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
