main-post-cover

    Twitter 250 milyon dollar dəyərində cərimələnə bilər: Səbəb nədir?

    Təhlükəsizlik
    04.08.2020
    Emil Nəcəfov
        Twitter öz istifadəçilərinin konfidensial məlumatlarından istifadə etdiyi üçün 150-250 milyon dollar dəyərində cərimələnə bilər. Bu barədə The New York Times xəbər verib. ABŞ-ın federal ticarət komissiyası (FTC) Twitter şirkətinə qarşı istintaq aparır. Belə ki, şirkət istifadəçi məlumatlarının açıqlanmaması üzrə 2011-ci ildə təyin edilmiş razılaşmanı pozmasında şübhəli bilinir. Bu razılaşmaya əsasən Twitter insanların təhlükəsizliklərinin və konfidensiallıqlarının qorunması üçün reallaşdırdığı tədbirlər barəsində onları yanlış fikirlərə yönəldə bilməz.
        FTC-nın fikrincə təhlükəsizlik səbəbilə istifadəçilərin təqdim etdikləri telefon nömrələrindən və elektron poçt ünvanlarından şirkət 2013-2019-cu illərdə istifadə edib. Sistemdə ortaya çıxmış bu konfidensial məlumatlardan istifadə etmiş reklam agentlikləri öz elanlarını müəyyən isifadəçi kütləsinə adaptasiya ediblər. Məlumata əsasən FTC Twitter-ə qarşı istintaqa keçən ilin oktyabr ayında start verib.
        Şirkət öz əməllərini qərəzsiz hesab edir. Şirkətin bu cür əməlindən hansı sayda istifadəçinin zərər çəkdiyi məlum deyil. Qeyd etmək lazımdır ki, bu, son 1 ay ərzində Twitter-də məlumatların təhlükəsizlikləri ilə bağlı ikinci böyük hadisədir.15 iyul tarixində şirkət böyük kiberhücuma məruz qalmışdı. Həmin kiberhücum çərçivəsində Elon Musk, Jeff Bezos Bill Gates kimi məşhur şəxslərin istifadəçi hesabları hack edilmişdi. 
    Linki kopyala