main-post-cover

    Twitter-ə edilmiş kiberhücumun təfərrüatları məlum olub

    Təhlükəsizlik
    31.07.2020
    Emil Nəcəfov
        Twitter, Elon Musk, Jeff Bezos, Bill Gates və digər məşhur şəxslərin istifadəçi hesablarının hack edilməsi barəsində aparılan istintaqın yeni təfərrüatlarını paylaşıb. Beləliklə verilmiş məlumata əsasən hackerlərin, şirkətin bəzi əməkdaşlarının mobil telefonlarına etdikləri fishing hücum vasitəsilə onlar şirkətin daxili şəbəkəsini ələ keçiriblər. Daha sonra onlar şirkətin daxili şəbəkəsindən istifadə edərək daha yüksək səlahiyyətli əməkdaşların hesablarını hack etməklə daxili dəstək alətlərini əldə ediblər.
        Hackerlərin hədəflərinə ilk tuş gəlmiş şirkət əməkdaşlarından yalnız bəziləri istifadəçi hesablarının idarəsi üzrə alətlərə sahib olublar. Lakin bu cür səlahiyyətə sahib olmayan əməkdaşların məlumatlarından itifadə edərək hackerlər sistemin daxili sistemini və proseslər barəsində məlumatları ələ keçirtmişdilər. Nəticədə onlar 130 stifadəçi hesabını hack etmək istəyiblər. Lakin onlardan yalnız 45-ni hack edə biliblər.
        15 iyul tarixində hackerlər Elon Musk, Jeff Bezos, Bill Gates kimi şəxslərin və Apple kimi şirkətlərin istifadəçi hesablarını ələ keçirtmişdilər. Ələ keçirilmiş istifadəçi hesablarında hackerlər bir neçə 1000 bitcoin-in paylanması barəsində tweet-lər paylaşmışdılar. Bu tweet-lər vasitəsilə istifadəçilərə qeyd olunmuş elektron portmanata müəyyən vəsaitin göndərilməsi təklif olunurdu. Bunun qarşılığında isə istifadəçilər göndərdikləri vəsaiti iki misli şəklində geri alacaqdılar. 
    Linki kopyala