main-post-cover

    Twitter məşhur şəxslərin istifadəçi hesablarının necə hack olunmasından danışdı

    Təhlükəsizlik
    18.07.2020
    Emil Nəcəfov
        Hackerlər Twitter əməkdaşlarının istifadə etdikləri daxili alətləri əldə ediblər. Bunun sayəsində onlar 45 Twitter hesabını hack edə bilblər. Bu barədə Twitter rəsmi məlumat verib. Şirkətin apardığı istintaqın ilk nəticələri ortaya çıxıb. Qeyd etmək lazımdır ki, 15 iyul tarixində hackerlər Elon Musk, Bill Gates, Jeff Bezos, Barack Obama kimi şəxslərin, Apple Uber kimi şirkətlərin Twitter hesablarını ələ keçirtmişdilər. Twitter güman edir ki, hackerlər sosial mühəndislikdən istifadə ediblər.
        Yəni onlar şüurlu şəkildə konfidensial məlumatların təqdim olunması üzrə şirkət əməkdaşlarını məcbur ediblər. Ümumilikdə hackerlər 130 Twitter hesabı oğurlamağı planlaşdırıblar. Twitter istisna etmir ki, oğurlanmış istifadəçi hesablarından mesajların göndərilməsi ilə yanaşı hackerlər həmçinin həmin istifadəçi hesablarında istifadə olunan elektron poçt ünvanlarını da satmağa cəhd göstəriblər. Məşhur şəxslərin Twitter hesablarının hack olunması barəsində fərdi istintaqı həmçinin New York Times saytı da paylaşıb.
        New York Times-ın verdiyi məlumata əsasən istifadəçi hesablarını hack etmiş hacker şirkətin Slack-dakı çatı vasitəsilə əməkdaşların istifadə etdikləri daxili alətləri əldə edə bilib. Nəticədə Slack çatındakı məlumatlar vasitəsilə hacker Twitter serverlərinə daxil olub. New York Times-ın bu hadisə ilə bağlı istintaq aparan mənbələri bu cür ehtimal ilə razıdırlar. Twitter təmsilçiləri isə New York Times-ın bu fikrinə heç bir münasibət bildirməyiblər. 
    Linki kopyala