Whatsapp istifadəçilərinin məlumatları yenə Google axtarış sisteminə sızdırıldı: Səbəb nədir?

Whatsapp istifadəçilərinin məlumatları yenə Google axtarış sisteminə sızdırıldı: Səbəb nədir?

Kibertəhlükəsizlik
09.06.2020 PAYLAŞIM

    Whatsapp messenceri özünün böyük istifadəçi kütləsi ilə məşhurdur. Buna görə də bu messencer adi istifadəçilər ilə yanaşı həmçinin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssisləri də özünə cəlb edir. Məlum olub ki, Whatsapp-ın da öz sistem boşluqları mövcuddur. Bir neçə müddət bundan öncə verilmiş hesabata əsasən sistem boşluğu sayəsində Whatsapp-ın 100.000-lərlə istifadəçisinin məlumatları internetə sızıb. Bu barədə Slashgear saytı xəbər verib.

    İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Athul Jayaram adlı mütəxəssis aşkar edib ki, Whatsapp-ın funksiyalarından biri kontakt nömrəsinin və hətta göndərilmiş mesajların Google axtarış sisteminin axtarış nəticələrinə sızdırılmasına imkan verir. Məlum olub ki, Click to Chat funksiyası (kontakt siyahısında nömrəsi olmayan şəxs ilə QR şifrənin skanı vasitəsilə mesajlaşmaq) vasitəsilə mesajlaşan zaman ikinci şəxsin məlumatları və bəzi hallarda çat dialoqlarının özləri Google axtarış sistemində keş olunur.


    Həmin məlumatlar və dialoqlar isə brauzerin ünvan hissəsində sahibi olduğu şirkət domeni wa.me-də telefon nömrəsi və ya onun prefikisinin yazılması vasitəsilə oxunulur. Mütəxəssis bildirib ki, o, axtarış sistemində ölkə kodunu domen ünvanına birləşdirməklə 300.000-ə yaxın bu cür sızdırılmış məlumat aşkar edib. Onun sözlərinə əsasən Whatsapp rəhbərliyinin bundan məlumatı var. Lakin rəhbərlik bu məsələnin istifadəçilərin təhlükəsizliklərinə zərər yetirəcəyini hesab etmir. Qeyd etmək lazımdır ki, kontakt siyahısında olan nömrələrə sahib şəxslər ilə ünsiyyət zamanı bu cür məlumat sızıntısı baş vermir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub (VİD..

Facebook-un istifadəçi məlumatlarını yığması faktı artıq heç kimi təəccübləndirmir.


Google Play-də 'Squid Game' serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edil..

Netflix şirkətinin bir neçə müddət bundan öncə ekranlara çıxartmış olduğu "Squid Game” serialı ..


Donald Trump-ın sosial şəbəkəsi istifadəyə verilməmişdən öncə artıq hack edilib..

Anonymous adlı məşhur hacker qruplaşması Donald Trump tərəfindən təsis edilmiş TRUTH Social adlı sos..


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..

×