Wi-Fi və Modem ayarlarına giriş şifrəsini necə dəyişmək olar?

Wi-Fi və Modem ayarlarına giriş şifrəsini necə dəyişmək olar?

Kibertəhlükəsizlik
14.07.2020 PAYLAŞIM

        Kiber hücumların intensivliyinin artdığı bu zamanda xakerlər digər insanların routermodem cihazlarına müdaxilə etməyə yönəlib. Modem və router cihazlarının ayarlarına daxil olmaq üçün standart olaraq login/şifrə üçün admin, administrator və ya admin123 sözləri istifadə edilir. Bir çox istifadəçi bu login və şifrələri dəyişməyi vacib hesab etmir, lakin bunları dəyişmədikdə modem/routerin ayarlarına hücum edib daxil olmaq xakerlər üçün asan bir prosedura çevrilir. Technote olaraq modem/router-in giriş login və şifrəsini dəyişməyi bu məqalədə göstərəcəyik.

1. İlk öncə modem/router-in ayarlarına daxil olmaq lazımdır.

        


        Bunun üçün ilk öncə brauzerdə 192.168.1.1 və ya 192.168.0.1 və ya tplinkwifi.net yazaraq ayarlara daxil olmaq lazımdır (Xiaomi Router istifadə edənlər router.miwifi.com/ adresinə daxil olmalıdır). Qeyd edək ki, əgər bu 3 giriş üsulu da işə yaramazsa router-i kompüterə kabel vasitəsilə qoşub təkrar yoxlayın.

2. Açılan pəncərədə login və şifrəni yazaraq ayarlara daxil olun.

        Login və şifrə adətən hər ikisi admin və ya administrator olaraq seçilir. Lakin hər iki halda da daxil ola bilməsəniz provayderinizə ( və ya ATS-ə) zəng edərək login və şifrəni öyrənə bilərsiniz. Ayarlara daxil olduqdan sonra aşağıdakı kimi bir pəncərə açılır.

3. Ayarlarda System Tools-a daxil olub Password bölməsinə keçid edin.

        İlk 2 xanaya köhnə login və şifrəni yazırsınız. Sonrakı xanalara isə yeni logini və yeni şifrəni yazıb Save düyməsinə klik edirsiniz. Beləcə artıq router və ya modeminizin giriş logini və şifrəsi dəyişmiş olacaq. 

        Köhnə modemlərdə interfeys biraz fərqli ola bilər, lakin demək olar ki, hamsında giriş logini və şifrəsini dəyişmək eyni cürdür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok yenə diqqət mərkəzində: Servis 1 ildən çox Android smartfonların MAC ünva..

TikTok servisi Android əməliyyat sistemindəki konfidensiallıq üzrə olan təhlükəsizlik sistemindən ya..


Yeni virus brauzer, elektron poçt və VPN servislərinin istifadəçilərinin məlumat..

Barəsində ilk dəfə 2014-cü ildə məlumat ortaya çıxmış Agent Tesla adlı kompüter virusu kibertəhlükəs..


Qualcomm şirkətinin çiplərində 400-dən çox boşluq aşkar edilib

Check Point saytının təhlükəsizlik üzrə mütəxəssisləri Qualcomm istehsalı olan mikrosxemlərin geniş ..


Pandemiya zamanı xüsusi virus külli miqdarda vəsait oğurlayıb: Hansı virus və nə..

Koronavirus pandemiyası hackerlərin daha çox fəaliyyətdə olmalarına gətirib çıxartdı.


Tədqiqatçılardan biri peyk internetini hack etməyi bacarıb: O bunu necə edib?..

Heç sirr deyil ki, hackerlər kompüterləri hack edə bilirlər. Lakin çox az adam düşünür ki, məlumatla..


Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təmi..

AdGuard şirkətinin mütəxəssisləri Chrome brauzerində reklamların bloklanması üçün nəzərdə tutulmuş ə..

×