Yaponiyanın kriptovalyuta birjalarından birindən 100 milyon dollar dəyərində kriptovalyuta oğurlanıb

Yaponiyanın kriptovalyuta birjalarından birindən 100 milyon dollar dəyərində kriptovalyuta oğurlanıb

Kibertəhlükəsizlik
20.08.2021 PAYLAŞIM

    Yaponiyanın ən böyük kriptovalyuta birjalarından biri olan Liquid Global kimliyi bilinməyən hackerlər tərəfindən kiberhücuma məruz qalıb. Reallaşdırılmış kiberhücum nəticəsində hackerlər bir sıra rəqəmsal portmanatı hack edərək ümumi dəyəri 100 milyon dollar olan kriptovalyuta oğurlayıblar. Sözügedən kiberhücumdan hansı sayda istifadəçinin zərər çəkdiyi barəsində məlumat yoxdur. Bununla yanaşı Liquid Global bldirib ki, o, oğurlanmış kriptovalyutalar ilə bağlı olan tranzaksiyaları izləməkdə davam edir.

    Bunun sayəsində şirkət oğurlanmış kriptovalyutaların istifadəsini bloklaya və onları istifadəçilərə geri qaytara bilər. Qeyd etmək lazımdır ki, bu, son 1 ay ərzində baş verən ikinci böyük kriptovalyuta oğurluğudur. Hələ 10 avqust tarixində Mr. White ləqəbli hacker Poly Network kriptoplatformasını hack edərək ümumi dəyəri 600 milyon dollar olan rəqəmsal valyuta oğurlamışdı. Həmin kiberhücumdan 10.000-ə yaxın istifadəçi zərər çəkmişdi. Lakin həmin hadisənin nəticəsində hacker oğurladığı bütün vəsaiti geri qaytarmışdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS tətbiqlər iPhone-nun təhlükəsizlik sistemindən yan keçərək istifadəçilər üzə..

Apple istifadəçilər üzərində casusluqla mübarizə məsələsində artıq dəfələrlə iOS-in konfidensiallıq ..


Edward Snowden istifadəçiləri məşhur ExpressVPN servisindən istifadə etməməyə ça..

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden məşhur ExpressVPN servisinin ..


Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar..

Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər...


Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur..

ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın..


Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni ..


Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində..

×