main-post-cover

    Yeni sistem boşluğu kənar şəxsin Whatsapp-dakı istifadəçi hesabını bloklamağa imkan verir

    Təhlükəsizlik
    13.04.2021
    Farid Pardashunas
        IT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər Whatsapp-da aşkar edilmiş qeyri adi sistem boşluğundan xəbər veriblər. Beləliklə aşkar edilmiş sistem boşluğu uzaqdan digər istifadəçinin smartfonundakı Whatsapp messencerini deaktiv etməyə imkan verir. Bunu etmək üçün hətta kənar proqram təminatı ilə hansısa təchizata ehtiyac duyulmur. Lakin mütəxəssislər qeyd ediblər ki, istifadəçilər sadə üsul ilə öz smartfonlarını bu cür hallardan qoruya bilərlər. Bir neçə müddət bundan öncə Facebook-un təhlükəsizlik sistemində aşkar edilmiş boşluq istifadəçi hesabının standart şəkildə bərpa olunmasına əsaslanır.
        Qurbanın telefon nömrəsini biləndən sonra hacker yeni cihaza Whatsapp-ı quraşdıra və digər şəxsin istifadəçi hesabından istifadə edərək çatları bərpa etməyə çalışa bilər. Uğursuz cəhdlərdən sonra istifadəçi hesabı 12 saatlıq bloka düşür. Daha sonra hacker öz elektron poçt ünvanından messencerin dəstək xidmətinə smartfonun itməsi barədə sorğu göndərir və yeni smartfona inteqrasiya olunacaq həmin istifadəçi hesabının bloklanmasını tələb edir.
        Whatsapp isə bunu cavab məktubu ilə təsdiqləyir və istifadəçi hesabının fəaliyyətini dayandırır. Bu prosesi bir neçə dəfə təkrar etməklə hacker faktiki olaraq hansısa şəxsin smartfonunda Whatsapp-ın işini dayandıra bilər. Jurnalistlərin sorğularına cavab olaraq Whatsapp təmsilçiləri aşkar edilmiş sistem boşluğunun aradan qaldırılması üzərində çalışıb-çalışmadıqları barəsində bir məlumat verməyiblər. Mütəxəssislər qeyd ediblər ki, bu üsul vasitəsilə istifadəçi hesabının ələ keçirilməsi mümkün deyil və onlar istifadəçilərə iki faktorlu identifikasiya sistemlərindən istifadəni məsləhət görüblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər