Yeni virus dünyanın bütün superkompüterlərinə hücum edib

Yeni virus dünyanın bütün superkompüterlərinə hücum edib

Kibertəhlükəsizlik
03.02.2021 PAYLAŞIM

    ESET şirkətinin mütəxəssisləri aşkar edilmiş yeni kompüter virusu barəsində hesabat təqdim ediblər. Aşkar edilmiş yeni virus artıq bütün dünya üzrə superkompüterlərə hücum reallaşdırıb. Zərərçəkmişlər arasında təkcə Windows serverlər deyil həmçinin Linux, BSD Solaris vasitəsilə çalışan cihazlar da var. Kobalos adını əldə etmiş bu zərərli proqram təminatı hackerlərə fayl sistemlərini ələ keçirtməyə, terminal seanslarını işə salmağa və virusa yoluxmuş digər serverlərlə proksi əlaqələrinin yaradılmasına imkan verir. Bu kiberhücumdan Avropadakı elmi-tədqiqat və universitet şəbəkələri zərər çəkiblər. Bundan əlavə olaraq kiberhücuma həmçinin Asiyanın böyük internet provayderi, Şimali Amerikanın antivirus istehsalçısı, özəl və dövlət serverləri məruz qalıblar.


    Mütəxəssislər qeyd ediblər ki, sözügedən zərərli proqram təminatı kiçik həcmli koda və müxtəlif sistemlərdən çox sayda yan keçmə üsuluna sahibdir. Linux üçün olan zərərli proqram təminatları arasında bu cür yüksək qəlizliyə sahib viruslara çox nadir hallarda rast gəlinir. Mütəxəssislər bildiriblər ki, Kobalos tərəfindən kiberhücuma məruz qalmış sistemlərdəki qorunan şəbəkə protokolu (SSH) istifadəçi hesablarının oğurlanması üçün açıq vəziyyətdə qalıb. Həmin istifadəçi hesablarının qorunması üçün ikifaktorlu autentifikasiya sisteminin aktivləşdirilməsi məsləhət görülür. Virusun istifadəçi cihazlarına hücum edib-etmədiyi barəsində bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni sistem boşluğu kənar şəxsin Whatsapp-dakı istifadəçi hesabını bloklamağa im..

IT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər Whatsapp-da aşkar edilmiş qeyri adi sist..


1.3 milyon Clubhouse istifadəçisinin məlumatları internetə sızdırılıb

1.3 milyon Clubhouse istifadəçisinin məlumatları hackerlər üçün nəzərdə tutulmuş forumlardan birində..


500 milyon LinkedIn istifadəçisinin məlumatları internetə sızdırılıb

Hackerlər üçün nəzərdə tutulmuş anonim forumda 500 milyon LinkedIn istifadəçisinin məlumatları ortay..


Şantaj xarakterli yeni növ zərərli proqram təminatları əvvəlkilərdən daha təhlük..

F-Secure şirkətinin kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssisləri istifadəçilə..


Çinli dələduzlar deepfake vasitəsilə dövlətin üz skanı sistemini aldadaraq külli..

Bu ilin yanvar ayında Şanxay prokurorluğu insanların üzlərinin təyini sistemi ilə baş vermiş dələduz..


İstifadəçi Apple şirkətinin nəzarətsizliyi səbəbilə 600.000 dollar dəyərində bit..

Kriptovalyuta sahibi yarım milyon dollardan bir qədər çox vəsait itirib. Bunun əsas səbəbi isə diqqə..

×