Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Maliyyə və investisiya
25.06.2021 PAYLAŞIM

    Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Respublikası) vətəndaşları Ameer Raees Cajee qardaşları 69.000 bitcoinin oğurlanmasında şübhəli bilinirlər. 2019-cu ildə yaradılmış Africrypt kriptovalyuta platforması imkanlı və məşhur şəxslər üçün nəzərdə tutulmuşdu. Bir çox dələduzluq sxemlərində olduğu kimi bu platformada da investorların gəlirləri investisiyaların 10%-ni təşkil edirdi. Bu ilin aprel ayında Ameer və Raees qardaşları Africrypt platformasının hack edilməsi məsələsi ilə bağlı investorlara elektron poçt vasitəsilə müraciət etmişdilər.


    Onların sözlərinə əsasən hackerlər müştərilərin hesablarını əldə ediblər və qardaşlar oğurlanmış vəsaitləri geri qaytarmağa çalışırlar. Ümumilikdə 3.6 milyard dollar dəyərində kriptovalyuta oğurlanmışdı. “Bizim 1 nömrəli prioritetimiz oğurlanmış vəsaitləri tez bir zamanda geri qaytarmaqdır. Lakin bu proses çox qəlizdir və çox zaman alacaq” - deyə qardaşlar qeyd etmişdilər. Bundan əlavə olaraq onlar əmanətçilərdən hüquq-mühafizə orqanlarına müraciət etməməyi xahiş etmişdilər. Belə ki, əks halda vəsaitlərin geri qaytarılması prosesi daha da qəlizləşə bilərdi. Buna baxmayaraq zərər çəkmiş şəxslər Hanekom Attorneys adlı hüquq şirkətinə müraciət etmişdilər.

    Onlar həmin şirkətdən bu məsələnin araşdırılmasını istəmişdilər. Nəticədə isə şirkət bildirmişdi ki, Africrypt platformasının yaradıcıları Böyük Britaniyaya yollanıblar və bütün əlaqə kanallarını deaktiv ediblər. Aparılmış istintaq çərçivəsində CAR polisi müxtəif kriptovalyuta birjaları ilə əlaqə yaradıb. Belə ki, CAR polisi bu məsələnin aydınlaşdırılması üçün digər birjalarla əməkdaşlığa ümid edir. Hüquq-mühafizə orqanları sözügedən dələduzların oğurlanmış kriptovalyutaları satmağa cəhd göstərdikləri zaman onları yaxalamağa ümid edir. Lakin bitcoinlərin göndərilməsi zamanı müxtəlif servislərdən istifadə olunur. Onlar isə öz növbələrində tranzaksiyaları dolaşdırırlar. Bu isə öz növbəsində vəsaitlərin izlənməsi prosesini qəlizləşdirir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.


Joe Biden amerikalılara Çindən olan 59 şirkətə investisiya yatırmağı qadağan edi..

ABŞ-ın yeni prezidenti Joe Biden-in imzaladığı yeni göstərişə əsasən amerikalı vətəndaşların ABŞ-ın ..


2021-ci ildə texnoloji investorlar NFT startaplara 90 milyon dollar vəsait yatır..

2021-ci ildə texnoloji investorlar kolleksiya yığımı üçün olan rəqəmsal obyektlər ilə NFT tokenlər y..

×