Amazon bütün dünyada olan Greentech şirkətlərə yardım üçün investisiya fondu yaradacaq

Amazon bütün dünyada olan Greentech şirkətlərə yardım üçün investisiya fondu yaradacaq

Maliyyə və investisiya
24.06.2020 PAYLAŞIM

    Amazon şirkəti aşağı səviyyəli karbon qazı ifraz edən iqtisadiyyata keçid etməyə yardımçı olan texnologiyaları yaradan şirkətlərə (Greentech şirkətlər) investisiya yatıracaq. Bunun üçün Amazon şirkəti 2 milyard dollar investisiya büdcəsinə sahib The Climate Pledge Fund adlı investisiya fondu yaradacaq. Bu barədə CNBC saytı xəbər verib. Sözügedən fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən Greentech şirkətləri dəstəkləyəcək.

    Bu fond [email protected] mail ünvanına göndərilmiş layihələri nəzərdən keçirdəcək. Qeyd etmək lazımdır ki, şirkət bütün dünyadan olan müxtəlif inkişaf mərhələli layihələri qəbul edir. Startap mərhələsindən tutmuş hazır biznes həllə kimi. “Hər bir potensial investisiya karbon qazsız iqtisadiyyata keçid sürəti və gələcək nəsillər üçün planetin ən yaxşı vəziyyətdə saxlanmasında yardımçı olmaq nöqteyi nəzərdən qiymətləndiriləcək” - deyə Amazon şirkətinin CEO-su Jeff Bezos bildirib.


    Qeyd etmək lazımdır ki, bu investisiya fondu Amazon şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi özünün karbon qazı ifrazını sıfıra endirməyi söz verib. Bu ilin fevral ayında Jeff Bezos investisiya büdcəsi 10 milyard dollar təşkil etmiş Bezos Earth Fund adlı investisiya fondunun yaradıldığını elan etmişdi. Bu fond iqlim dəyişikliyi ilə mübarizə aparan alimlərin və təşkilatların layihələrini maliyyələşdirir. 2025-ci ilə kimi Amazon şirkəti alternativ enerji mənbələrinə keçid etməyi planlaşdırır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.


Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Respublikası) vətəndaşları Am..


Joe Biden amerikalılara Çindən olan 59 şirkətə investisiya yatırmağı qadağan edi..

ABŞ-ın yeni prezidenti Joe Biden-in imzaladığı yeni göstərişə əsasən amerikalı vətəndaşların ABŞ-ın ..

×