![main-post-cover](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fupload%2Fapple-2-trilyonluq-bazar-deyerine-catmis-ilk-abs-sirket-oldu4504.jpg&w=3840&q=75)
Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu
Tech-Biznes
Maliyyə və investisiya
e-ticaret
20.08.2020
Emil Nəcəfov
2018-ci ilin avqust ayında Apple şirkətinin bazar dəyəri 1 trilyon dollar təşkil etmişdi. Dünən isə şirkətin bazar dəyəri NASDAQ birjasında 2 trilyon dollar təşkil edib. ABŞ-ın ictimai şirkətləri sırasında bu cür göstəricini əldə etmiş ilk şirkət məhz Apple oldu. Bu barədə Vc.ru saytı xəbər verib. Dünən şirkətin səhmlərinin qiyməti 1.14% yüksələrək 467.51$ təşkil edib.
CNBC-nin verdiyi məlumata əsasən bu ilin əvvəlindən şirkətin səhmləri 59.24% bahalaşıb. Keçən ilin iyun ayında şirkətin bazar dəyəri 1.5 trilyon dollara çatmışdı. Qeyd etmək lazımdır ki, 1 trilyon dollarlıq bazar dəyəri göstəricisini həmçinin Amazon, Microsoft və Alphabet şirkətləri də əldə ediblər. Məlumata əsasən Apple şirkətinin səhmlərinin bahalaşması onun məhsullarına olan stabil tələbat ilə bağlıdır.
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/%D0%B7%D0%B0%D0%B3%D1%80%D1%83%D0%B6%D0%B5%D0%BD%D0%BE(7).png)
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
![iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2Fiphone-17-slim-main-1280x720.jpeg&w=3840&q=75)
![Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2FBlack-Hole-Forming-in-Stellar-Cl.jpeg&w=3840&q=75)