Reklam
Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu

Apple 2 trilyonluq bazar dəyərinə çatmış ilk ABŞ şirkət oldu

Maliyyə və investisiya
20.08.2020 PAYLAŞIM

    2018-ci ilin avqust ayında Apple şirkətinin bazar dəyəri 1 trilyon dollar təşkil etmişdi. Dünən isə şirkətin bazar dəyəri NASDAQ birjasında 2 trilyon dollar təşkil edib. ABŞ-ın ictimai şirkətləri sırasında bu cür göstəricini əldə etmiş ilk şirkət məhz Apple oldu. Bu barədə Vc.ru saytı xəbər verib. Dünən şirkətin səhmlərinin qiyməti 1.14% yüksələrək 467.51$ təşkil edib.

    CNBC-nin verdiyi məlumata əsasən bu ilin əvvəlindən şirkətin səhmləri 59.24% bahalaşıb. Keçən ilin iyun ayında şirkətin bazar dəyəri 1.5 trilyon dollara çatmışdı. Qeyd etmək lazımdır ki, 1 trilyon dollarlıq bazar dəyəri göstəricisini həmçinin Amazon, Microsoft Alphabet şirkətləri də əldə ediblər. Məlumata əsasən Apple şirkətinin səhmlərinin bahalaşması onun məhsullarına olan stabil tələbat ilə bağlıdır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib..

Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib..


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.

×