main-post-cover

    Asiyada ən çox istifadə olunan fintech həllər

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    26.08.2020
    Emil Nəcəfov
        Markswebb adlı konsaltinq agentliyinin tədqiqatına əsasən rəqəmsal portmanatlar və ödəniş sistemləri Hindistanın fintech bazarının əsas seqmentidir. Çindəki insanlar isə əsasən supertətbiqlərdən (özlərində maliyyə sahəsinin bir sıra funksiyalarını birləşdirən tətbiqlər) istifadə edirlər. Bu barədə Rusbase saytı xəbər verib. Agentlik Asiyann fintech bazarını Hindistan və Çin misalında araşdırıb edib.
        Məlum olub ki, sadalanmış ölkələrdə mobil bankçılıq rəqəmsal portmanatlardan və supertətbiqlərdən həm istifadəçi kütləsinin əhatəsi həm də həll edilən maliyyə məsələləri üzrə geridə qalır. Hindistanda ödəniş alətləri sahəsini elektron portmanatlar tutublar. Sözügedən ölkədə bankın rolu isə sadəcə olaraq bank hesabının yaradılması və daha sonra onun elektron portmanata birləşdirilməsi ilə yekunlaşır. Agentliyin verdiyi məlumata əsasən hər bir hindistanlı minimum 2 elektron portmanata sahibdir. Onlar vasitəsilə aşağıdakı gündəlik məsələlər həll olunur:
    - Mənzil-kommunal və internet xidmətlərinin ödənişi
    - Cərimələrin ödənişi
    - Məhsulların və servislərin alışı
    - Dəmiryolu biletləri ilə aviabiletlərin bronlaşdırılması.
        Kredit əldə etmək üçün hansısa hindistanlı elektron portmanat vasitəsilə kredit götürməyi üstün tutur. Beləliklə Hindistanda həmçinin rəqəmsal servislərin kredit xidmətləri də çox məşhurdur. Məlumata əsasən Hindistanda çoxlu sayda elektron portmanat servisi mövcuddur. Bununla yanaşı böyük texnoloji şirkətlərin də öz elektron portmanat servisləri mövcuddur. Bu şirkətlər arasına Airtel Jio provayderləri və həmçinin Amazon, Facebook daxildirlər.
        Hindistanın fintech sahəsinin ən aşağı tələbli hissəsi investisiya tətbiqləridir. İnvestisiya ilə bağlı məhsulları bu ölkədə banklardan və portmanat tətbiqlərindən almaq olar. Hindistanlılar investisiyalar üçün çoxlu azad vəsaitlərə sahib deyillər. Buna görə də ölkədə qəliz investisiyalara tələbat çox aşağıdır. Çində fintech sahəsinin əsas həll üsulları qismində AliPay WeChat kimi supertətbiqlər çıxış edirlər. Bununla yanaşı çinlilər arasında Baidu, BestPay elektron portmanatları, QQ messencerinin ödəniş servisləri və UnionPay ödəniş sistemləri məşhurdurlar.
        Klassik banklar çinlilər üçün sadəcə olaraq kredit kartları ilə hissə-hissə ödəniş imkanlarının əldə olunmasında maraqlıdırlar. Lakin bu sahədə də banklar texnoloji şirkətlərin servisləri ilə rəqabət aparmalı olurlar. Buna misal olaraq Tencent şirkətinin Webank Ping An Pocket Bank rəqəmsal banklarını, Xiaomi-nuin JD.com riteylerini gətirmək olar. Qeyd etmək lazımdır ki, Xiaomi şirkətinin Xiaomi Finance tətbiqi özü mikrokreditlərin verilməsi ilə məşğul olur. Bununla yanaşı Çin bankları öz müştərilərinə investisiya xidmətlərini də təqdim edirlər. Lakin Hindistanda olduğu kimi Çində də bu sahəyə tələbat çox azdır. Belə ki, çinlilər daha çox material dəyərlərə vəsait yatırmağa üstünlük verirlər. Məsələn daşınmaz əmlaka.
    Linki kopyala