main-post-cover

    Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    02.08.2021
    Emil Nəcəfov
        Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz bazar dəyərini 4.75 milyard dollara yüksəldib. Ümumi olaraq isə şirkət öz bazar dəyərini il ərzində 2 dəfə yüksəldib. Yeni investisiya raundunda Sequoia, D1 Capital Naya fondları iştirak ediblər. Məlumatda qeyd edilib ki, əldə olunmuş yeni vəsaitlər yemək çatdırılması servisi olan Bolt Food-un inkişaf etidirilməsinə yönəldiləcək. Şirkət bu servisi yaxın bir neçə ay ərzində Avropanın bir sıra ölkəsində istifadəyə verməyə hazırlaşır.
        Onların arasında İsveç, Portuqaliya, Xorvatiya və Rumıniya var. Hal hazırda Bolt Food Azərbaycanda, Rusiyada, Ukraynada, Avropanın 40-a yaxın şəhərində, Afrikada və Asiyada çalışır. Qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında Bolt şirkəti 182 milyon dollar investisiya cəlb etmişdi. Şirkət həmin vəsaitləri sürücülərin üzlərinin  təyin olunması sistemlərinin inteqrasiyası və yol-nəqliyyat qəzalarının süni zəka vasitəsilə qarşılarının alınması üçün xərcləməyi planlaşdırırdı.
    Linki kopyala