main-post-cover

    Dünyanın ən varlı şəxsi: Jeff Bezos-un sərvəti 200 milyard dolları keçib

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    27.08.2020
    Emil Nəcəfov
        Bloomberg-in milyarderlər indeksinə əsasən dünən Jeff Bezos-un sərvəti 202 milyard dollar göstəriciyə çatıb. Beləliklə Amazon şirkətinin CEO-su 200 milyard dolları keçmiş sərvətə sahib ilk şəxs olub. Hal hazırda Bezos, Microsoft şirkətinin yaradıcısı Bill Gates-dən 78 milyard dollar daha varlıdır. Qeyd etmək lazımdır ki, Bill Gates sözügedən reytinqdə ikinci yeri tutur.
        Jeff Bezos-un özəl sərvəti Amazon-un səhmlərinin qiymətləri ilə birlikdə son bir neçə il ərzində kəskin yüksəlib. Hələ 2018-ci ildə o, dünyanın ən varlı şəxsi statusunu qazanmışdı. Həmin vaxtda onun sərvəti 150 milyard dollar dəyərində qiyməlləndirilmişdi. Koronavirus pandemiyası səbəbilə istehlakçılar tərəfindən olmuş yüksək tələbat sayəsində Amazon-un səhmlərinin qiymətləri bu ilin aprel ayında rekord göstəricilər sərgiləmişdi.
        Şirkətin dəyərli kağızlarının qiymətlərinin yüksəlməsinin davamlı olması isə öz növbəsində şirkətin bazar dəyərinə milyardlarla dollar əlavə edir və bu il üzrə investorlara 86% gəlir gətirirdi. Dünənki göstəriciyə əsasən Amazon-un bazar dəyəri 1.7 trilyon dollar təşkil edir. Bu isə onu dünyanın ikinci ən bahalı şirkəti edir. Birinci yerdə Apple qərarlaşıb. 
    Linki kopyala