main-post-cover

    İnvestorlar Pavel Durov-dan 100 milyon dollar təzminat tələb edirlər

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    02.03.2021
    Emil Nəcəfov
        TON adlı kriptovalyuta layihəsinin uğursuzluğundan 1 il sonra Pavel Durov investorlardan bildiriş əldə edib və həmin bildirişdə onlar Durov-un şirkətinə qarşı məhkəmə ittihamı qaldırmaq niyyətlərindən danışıblar. Belə ki, investorlar ləğv edilmiş layihənin təzminatını tələb edirlər. Təzminatın ödənilməsindən imtina halında London məhkəməsi bu işə baxacaq. Bu barədə Forbes saytı xəbər verib. Məlumata əsasən bu cür məktublar təkcə Durov-a deyil həmçinin Telegram-ın vitse prezidenti İlya Perekopskiyə, digər menecerlərə və TON layihəsinin hüquqşünaslarına da göndərilib.
        Da Vinci Capital fonduna yaxın olan insanlara istinadən verilmiş məlumata əsasən göndərilmiş məktublarda TON layihəsinin ləğv edilmiş startına görə 100 milyon dollar dəyərində təzminatın ödənilməsi tələb edilir. Qeyd etmək lazımdır ki, hələ keçən ilin may ayında Pavel Durov TON adlı blockchain platforması ilə Gram adlı kriptovalyuta üzərində işlərin dayandırıldığını elan etmişdi. Ümumilikdə bu layihəyə müxtəlif investorlar tərəfindən 1.7 milyard dollar investisiya yatırılmışdı. Layihənin ləğv edilməsində əsas rolu isə ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) oynamışdı. Daha sonra Druov razılaşmanın şərtlərinə əsasən investisiyaları geri qaytarmağa söz vermişdi.
    Linki kopyala