main-post-cover

    iPhone SE seriyasının növbəti smartfonu təxirə salınmış və ya ümumiyyətlə ləğv edilmiş ola bilər

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    21.12.2022
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında bildirib ki, Apple şirkəti iPhone SE smartfon seriyasının növbəti modelini ya təxirə salacaq ya da ümumiyyətlə ləğv edəcək. Analitik qeyd edib ki, şirkətin bu addımı atması üçün bir sıra səbəblər var və onlardan biri də şirkətin orta səviyyəli smartfonlarının aşağı satış göstəricilərinə sahib olması ilə bağlıdır. Məlumata əsasən şirkətin böyük gözləntilərinə baxmayaraq iPhone 14 Plus modelinə tələbat heç də böyük olmadı. Bununla yanaşı bu ilin əvvəlində təqdim edilmiş iPhone SE (2022) smartfonunun da satışları gözlənildiyindən daha aşağı oldu. Analitikin fikirlərinə əsasən bunun əsas səbəbi smartfonun köhnə dizayna sahib olması və daha premium iPhone modellərində olan funksiyaların iPhone SE seriyasında olmaması ilə bağlıdır.
        Hətta eyni qiymət kateqoriyasına daxil olan Android smartfonların funksionallıqları iPhone SE seriyasının smartfonlarında olan funksionallıqla müqayisədə daha genişdir. Son məlumat sızıntılarında qeyd edilmişdi ki, növbəti iPhone SE modeli iPhone XR modelinin dizaynını və 6.1 düym ölçülü ekranı əldə edəcək. Bununla yanaşı insayderlər bildirirdilər ki, növbəti iPhone SE modelində ənənəvi fiziki Home düyməsi Touch ID və ya Face ID texnologiyası ilə əvəz ediləcək. Bütün bu yeniliklər isə smartfonun satış qiymətinin yüksəlməsinə səbəb olacaq. Heç istisna deyil ki, növbəti iPhone SE modelinin daha öncədən edilmiş aşağı satış proqnozları səbəbilə Apple şirkəti smartfonu ya təxirə salıb ya da ondan ümumiyyətlə imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər