main-post-cover

    Joe Biden amerikalılara Çindən olan 59 şirkətə investisiya yatırmağı qadağan edib

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    06.06.2021
    Emil Nəcəfov
        ABŞ-ın yeni prezidenti Joe Biden-in imzaladığı yeni göstərişə əsasən amerikalı vətəndaşların ABŞ-ın qara siyahısına salınmış Çin şirkətlərinə investisiya yatırmaları qadağan olunur. Ümumilikdə siyahıda 59 Çin şirkəti var və onların arasında Huawei də mövcuddur. ABŞ hökuməti siyahıda olan şirkətlərin Çin Kommunist Partiyası ilə əlaqəli olduqlarından şübhələnir. Siyahıya yeni əlavə olunmuş şirkətlər arasında mikrosxem istehsalçısı olan SMIC, China Mobile şəbəkə operatoru, videoizləmə sahəsində fəaliyyət göstərən Hikvision var. Bununla yanaşı siyahıya həmçinin Çinin müdafiə sektorunda fəaliyyət göstərən bir çox şirkət də daxil edilib.
        ABŞ-ın investisiya şirkətləri və fiziki investorlar qadağan edilmiş şirkətlərdən öz vəsaitlərini 1 il ərzində çıxartmalıdırlar. Joe Biden tərəfindən qəbul edilmiş yeni qanun 2 avqust tarixində qüvvəyə minəcək. Faktiki olaraq bu qadağalar ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən daha əvvəlcədən də qəbul edilmişdi və Joe Biden-in yeni göstərişi heç bir yeni özəllik gətirmir. Lakin bu onu göstərir ki, ABŞ-ın yeni prezidenti əvvəlki lider Donald Trump-ın yolu ilə getməyə qərar verib və qəbul edilmiş sanksiyaların aradan qaldırılması niyyətində deyil. Buna görə də Huawei şirkətinin rəhbərliyi yaxın gələcəkdə sanksiyaların yumşaldılmasına ümid edə bilməz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər