SpaceX şirkəti 1.9 milyard dollar investisiya əldə edib: Şirkətin bazar dəyəri nə qədərdir?

SpaceX şirkəti 1.9 milyard dollar investisiya əldə edib: Şirkətin bazar dəyəri nə qədərdir?

Maliyyə və investisiya
19.08.2020 PAYLAŞIM

    Elon Musk-ın SpaceX şirkəti yeni investisiya raundu çərçivəsində 1.9 milyard dollar investisiya cəlb edib. Bu barədə Reuters saytı xəbər verib. Şirkət ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyasına (SEC) bu barədə sorğu göndərib. Yeni investisiya raundunda iştirak etmiş investorların adları açıqlanmır. Məlumata əsasən bu, SpaceX tarixinin ən böyük investisiya raundudur. 14 avqust tarixində Bloomberg bildirmişdi ki, SpaceX 2 milyard dollarlıq investisiya raundunun bağlanmasına çox yaxındır və investorlar şirkətin bazar dəyərini 46 milyard dollar qiymətləndiriblər.

    Məlumata əsasən şirkət guya iyul ayında 44 milyard dollarlıq bazar dəyərləndirməsi üzrə 1 milyard dollarlıq investisiya raundunu planlaşdırırdı, lakin invesorların yüksək maraqları səbəbilə şirkət investisiya raundunu böyütməli olub. Hələ bu ilin fevral ayında CNBC bildirmişdi ki, şirkət 250 milyon dollar investisiya cəlb etməyi planlaşdırır. May ayında isə SpaceX 346 milyon dollarlıq investisiya raundu üzrə sorğunu SEC-ə göndərmişdi. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2021-ci ildə texnoloji investorlar NFT startaplara 90 milyon dollar vəsait yatır..

2021-ci ildə texnoloji investorlar kolleksiya yığımı üçün olan rəqəmsal obyektlər ilə NFT tokenlər y..


İnvestorlar Pavel Durov-dan 100 milyon dollar təzminat tələb edirlər

TON adlı kriptovalyuta layihəsinin uğursuzluğundan 1 il sonra Pavel Durov investorlardan bildiriş əl..


SpaceX yeni investisiya cəlb etməklə bazar dəyərini 74 milyard dollara yüksəldib..

SpaceX şirkəti səhmlərin satılması sayəsində 850 milyon dollar investisiya cəlb edib.


Facebook şirkəti Libra kriptovalyutasını artıq gələn ilin əvvəlində istifadəyə v..

Financial Times qəzetinin verdiyi məlumata əsasən Facebook şirkətinin Libra adlı kriptovalyutası gəl..


Qlobal layihənin bir hissəsi: Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 20 milyard ..

Neftin ixracı ilə məşğul olan böyük dovlətlərdən biri olan Səudiyyə Ərəbistanı neftə olan tələbatın ..


Dünyanın ən varlı şəxsi: Jeff Bezos-un sərvəti 200 milyard dolları keçib..

Beləliklə Amazon şirkətinin CEO-su 200 milyard dolları keçmiş sərvətə sahib ilk şəxs olub...

×