TikTok Avropada ilk data mərkəzini yaradacaq: Səbəb nədir?

TikTok Avropada ilk data mərkəzini yaradacaq: Səbəb nədir?

Maliyyə və investisiya
06.08.2020 PAYLAŞIM

    Məşhur TikTok servisinin digər ölkələrdə də bloklanması təhlükəsi səbəbilə servis Avropada öz data mərkəzinin yaradılmasına məcburdur. Servis məhz belə bir qərar verib. Bu səbəbdən də TikTok İrlandiyaya 499 milyon dollar investisiya yatıracaq. Bu investsiya Çin ilə Qərb arasındakı gərgin münasibətin fonunda baş verir. Qeyd etmək lazımdır ki, İrlandiya məlumatların emalı məsələsində Avropanın ən böyük mərkəzlərindən biridir. Belə ki, orda bu mövzu ətrafında Amazon, Facebook Google kimi şirkətlər çalışırlar.

    TikTok-un İrlandiyada yaradacağı data mərkəzində avropalı TikTok istifadəçilərinin məlumatları saxlanacaq və emal olunacaq. Data mərkəzin 2022-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, sözügedən data mərkəzin istifadəyə verilməsi öz növbəsində İrlandiyada yüzlərlə yeni iş yerinin yaradılmasına, servisin qlobal imkanlarının genişlənməsinə və İrlandiya ilə uzunmüddətli əməkdaşlığın startına səbəb olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.


Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Respublikası) vətəndaşları Am..


Joe Biden amerikalılara Çindən olan 59 şirkətə investisiya yatırmağı qadağan edi..

ABŞ-ın yeni prezidenti Joe Biden-in imzaladığı yeni göstərişə əsasən amerikalı vətəndaşların ABŞ-ın ..

×