main-post-cover

    TikTok servisi bloqqerlərə dəstək üçün 2 milyard dollar ayıracaq: Bu dəstəyi kimlər əldə edəcək?

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    31.07.2020
    Emil Nəcəfov
        TikTok yaxın 3 il ərzində müxtəlif ölkələrdən olan bloqqerlərə ümumilikdə 2 milyard dollar dəstəyin ayrılmasını planlaşdırır. Bu vəsaitin yarısı ABŞ-da fəaliyyət göstərən bloqqerlərə ayrılacaq. Bu barədə Vc.ru saytı xəbər verib. 9 iyul tarixində TikTok bildirmişdi ki, o, TikTok Creator Fund adlı müəlliflər fondunun büdcəsini ABŞ-da 1 milyard dollar, bütün dünya üzrə isə 2 dəfə yüksəltməyi planlaşdırır.
        30 iyul tarixində servis Avropadan olan müəlliflər üçün nəzərdə tutulmuş fonddan danışdı. Avropadan olan müəlliflər üçün nəzərdə tutulmuş fonda bu il rəzində servis 70 milyon dollar vəsait yatıracaq və növbəti 3 il ərzində həmin göstəricini 300 milyon dollara qaldıracaq. Qeyd etmək lazımdır ki, TikTok servisi ABŞ-dan olan bloqqerlər üçün 200 milyon dollarlıq büdcəyə sahib fondun yaradılmasını 23 iyulda elan etmişdi.
        Bir neçə gün bundan öncə məlum oldu ki, Instagram özünün Reels (TikTok-un rəqibi) servisindən istifadəyə görə məşhur bloqqerlərə 100.000-lərlə dollar vəsait ödəyib. Instagram özünün Reels adlı servisini avqust ayında ABŞ-da və digər ölkələrdə istifadəyə verməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, həmçinin TikTok servisinin ABŞ-da bloklanma təhlükəsi də var. Belə ki, ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətini öz qara siyahısına daxil etməyi nəzərdən keçirdir.
    Linki kopyala