main-post-cover

    Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    16.03.2022
    Farid Pardashunas
        Ukrayna kriptovalyutaları tamamilə leqallaşdırıb. Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna Ali Radası tərəfindən qəbul edilib. Qəbul edilmiş qanun rəqəmsal aktivlər üzrə mülkiyyət hüququnu, təsnifatı və hüquq statusunu təyin edir, bu sahədə olan rəqəmsal mühitin gələcək inkişafı üçün şərait yaradır, rəqəmsal aktivlər ilə bağlı olan xidmətləri təklif edən təmsilçilərin qeydiyyatdan keçmələri üçün nəzərdə tutulmuş şəraiti təyin edir və rəqəmsal aktivlər sahəsində maliyyə monitorinqi üzrə tədbirləri təmin edir. Ümumilikdə bu qanun kriptovalyutalar və digər rəqəmsal aktivlər ilə çalışmaq üçün hüquq bazasını yaradır.
        Bundan sonra yerli və xarici kriptovalyuta birjaları Ukraynada tamamilə leqal şəkildə çalışa biləcəklər. Banklar isə kriptovalyuta ilə məşğul olan şirkətlər üçün bank hesabları aça biləcəklər. Ukraynalılar öz virtual mülkiyyətlərini qoruya biləcəklər və dövlət rəqəmsal aktivlərə olan hüquqların qorunması üzrə məhkəmə müdafiəsini təmin edəcək. Ukraynada rəqəmsal aktivlər bazarının nizamlayıcı orqanları kimi Dəyərli Kağızlar və Fond Bazarı Üzrə Komissiya ilə Ukrayna Milli Bankı seçilib. Onlar kriptovalyuta dövriyyəsini nizamlayacaqlar, kriptovalyuta birjalarına və bu sahədə digər xidmətləri təklif edən təmsilçilərə ölkədə çalışmaq üçün lazımi icazələri təqdim edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər