Reklam
150 vatt-lıq sürətli şarj texnologiyalı yeni orta büdcəli OnePlus Ace smartfonu təqdim edilib - QİYMƏTİ

150 vatt-lıq sürətli şarj texnologiyalı yeni orta büdcəli OnePlus Ace smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
22.04.2022 PAYLAŞIM

    OnePlus şirkəti OnePlus Ace adlı yeni smartfon modelini təqdim edib. Orta büdcəli bu smartfonun əsas üstünlüklərindən biri də 150 vatt gücündə sürətli şarj texnologiyasına sahib olmasıdır. Bundan əlavə olaraq OnePlus Ace smartfonu MediaTek şirkətinin eksklüziv prosessoru ilə təchiz olunub və öz unikal dizaynı ilə fərqlənir. Texniki cəhətdən sözügedən smartfon keçən ay təqdim edilmiş realme GT Neo 3 smartfonunu kopyalayır. Lakin bu smartfonlar arasında 2 əsas fərqli xüsusiyyət var. Birinci fərqləndirici xüsusiyyət OnePlus Ace modelinin unikal dizayna sahib olmasındadır. Smartfonun arxa paneli vizual olaraq iki hissəyə ayrılıb.


    İkinci fərqləndirici xüsusiyyət isə ondan ibarətdir ki, yeni smartfon MediaTek şirkətinin Dimensity 8100 prosessorunun Max adlı eksklüziv versiyası ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb. OnePlus Ace smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

    Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Dimensity 8100 Max prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və stereo səsgücləndiriciləri birləşdirir. OnePlus Ace ColorOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb. Onun Çində satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 387$

- 8 GB RAM + 256 GB yaddaş - 418$

- 12 GB RAM + 256 GB yaddaş - 465$

- 12 GB RAM + 512 GB yaddaş - 543$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×