
200 MP kameralı HONOR 90 ilə çəkilən görüntülər
Ötən günlərdə Bakıda baş tutan musiqili təqdimat tədbiri çərçivəsində HONOR 90 smartfonları Azərbaycanda təqdim olundu. Yeni təqdim edilən cihazlar unikal rəng seçimlərində Azərbaycan bazarına gəlir. Zümrüd yaşıl, tovuzquşu mavi və gecəyarı qarası diqqətləri cəlb edən rəng seçimləridir. HONOR 90 smartfonu təqdim olunan gün cihazlarla bağlı icmal videosunu da kanalımızda yayımlamışdıq. Əgər videonu izləməmisinizsə aşağıdakı linkdən izləmək məsləhətdir.
Bu məqalədə isə sizə HONOR 90 ilə çəkdiyimiz fotoları daha keyfiyyətli formada təqdim edirik. Gəlin HONOR 90-nın kameraları ilə daha yaxından tanış olaq. HONOR 90-nın ön tərəfində f/2.4 diafraqma dəyərində 50 MP göstəriciyə sahib selfi kamera yer alır. Bu kamera HONOR 70 ilə müqayisədə yenilənib və meqapiksel dəyəri artırılıb. Aşağıda gördüyünüz foto HONOR 90-nın 50 meqapiksellik ön kamerası ilə çəkilib.
Əlavə olaraq bu kamera ilə studiya və otaq işıqlanmasında 2 ədəd foto çəkdik. Hər iki nəticədən razı qaldıq. Meqapiksel dəyəri yüksək olduğundan görüntülər dəqiq alınır. Ümumi olaraq bu kamera 4K 30 FPS videoları da qeydə almaqla orta seqment bir cihaz üçün kifayət qədər iddialı hesab edilə bilər. Əgər yaxşı ön kameraya sahib cihaz axtarırsınızsa HONOR 90 seçimlər arasında mütləq olmalıdır.
Arxa kameralara nəzər saldıqda bu hissədə 3 ədəd kamera quraşdırılıb. Lakin bu kameralar 4 kameranın işini görünür. Çünki ultra geniş bucaqlı kamera eyni zamanda makro fotoları da çəkir. Ultra geniş bucaqlı kamera 12 MP-dir və f/2.2 diafraqma ölçüsünə sahibdir. Bu kamera ilə çəkilən möhtəşəm makro fotoları sizinlə bölüşürük.
Sözügedən kamera ilə 112 dərəcəlik genişlikdə ultra geniş bucaqlı fotolar da çəkmək olur. Aşağıda adi geniş bucaqlı kamera ilə ultra geniş bucaqlı kamera ilə çəkilən fotolar arasında fərqi təqdim edirik.
Arxada əsas kamera 200 MP-dir. Bu kamera f/1.9 kimi aşağı diafraqma göstəricisinə sahibdir. Bunun sayəsində işığı yaxşı uda bilir. Kameranın 200 MP rejimində çox dəqiq fotoları qeydə almaq olur. Görüntünü yaxınlaşdıran zaman keyfiyyət itkisi yaşanmır. Bu mənada 200 MP kamera HONOR 90-nın əsas özəlliklərindən biridir. Aşağıdakı iki nümunədə fərqi görə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər