200 MP-lik arxa kamera: Motorola Frontier flaqman smartfonunun ilk real fotosu ortaya çıxıb
Cihazlar+
29.03.2022
Emil Nəcəfov
İnsayderlər Motorola Frontier adlı yeni flaqman smartfon modelinin ilk real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, sözügedən smartfon üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan biri 200 MP-lik Samsung ISOCELL HP1 olacaq. Sözügedən kamera obyektivi 16 qonşu pikselə sahibdir və həmin piksellər 2.56 mikrometr ölçülü bir vahid piksel yarada bilirlər. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə 12.5 milyon pikseldən ibarət yüksək keyfiyyətli fotoların əldə edilməsində yardımçı olur. Bundan əlavə olaraq sözügedən kamera obyektivi saniyədə 30 kadr sürətlə 8K videoların çəkilişini də dəstəkləyir.
Məlumata əsasən Motorola Frontier-in digər iki kamerasından biri 50 MP-lik genişbucaqlı obyektiv, digəri isə 2 qat zoom özəllikli 12 MP-lik obyektiv olacaq. Son məlumatlara əsasən smartfon Snapdragon 8 Gen 1 Plus prosessoru, 12 GB-a kimi RAM yaddaşı, 256 GB-a kimi daxili yaddaş həcmi və 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ekran ilə təchiz olunacaq. Smartfonun həmçinin 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Motorola Frontier bu ilin iyul ayında təqdim olunmalıdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!