200 vatt gücündə sürətli şarjı dəstəkləyəcək ilk Xiaomi smartfonu nə zaman təqdim olunacaq?

200 vatt gücündə sürətli şarjı dəstəkləyəcək ilk Xiaomi smartfonu nə zaman təqdim olunacaq?

Mobil Cihazlar
21.07.2021 PAYLAŞIM

    Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi bu il 200 vatt gücündə olan sürətli şarj texnologiyası dəstəkli smartfonu satışa çıxartmayacaq. Bununla yanaşı bu texnologiyanın dəstəyini Mi 12 smartfonunda da gözləmək lazım deyil. Çinli mənbələrin verdikləri məlumata əsasən 200 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib Xiaomi smartfonu təqribi olaraq gələn ilin iyun ayında təqdim olunacaq. Məlumata əsasən həmin smartfon Mi 12 seriyasının ən flaqman modeli olacaq. Çox güman ki, söhbət, Mi 12 Ultra-dan gedir.


    Qeyd etmək lazımdır ki, bu cür qərar məntiqli səslənir. Belə ki, hal hazırda Xiaomi-nin ən flaqman modelləri olan Mi 11 Pro Mi 11 Ultra smartfonları belə yalnız 67 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyirlər. 120 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyən yalnız bir Xiaomi smartfonu var. O da Mi 10 Ultra-dır. Xiaomi-nin rəsmi məlumatına əsasən 4000 mAh batareya həcminə sahib smartfon 200 vatt gücündə sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini cəmi 8 dəqiqəyə yığa bilər. Bununla yanaşı şirkət 120 vatt gücündə olan sürətli naqilsiz şarj texnologiyasına da sahibdir. Onun vasitəsilə smartfon 100% enerjini 15 dəqiqəyə yığa bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×