main-post-cover

    2022-ci ilin ən çox satılmış smartfonlarının reytinqi təqdim edilib

    Cihazlar+
    07.03.2023
    Emil Nəcəfov
        Counterpoint Research şirkətinin analitikləri 2022-ci il üzrə ən çox satılmış smartfonların reytinqini təqdim ediblər. Analitiklər tərəfindən təqdim edilmiş reytinq olduqca maraqlı görünür. Beləliklə statistikaya əsasən keçən il bazarın lideri iPhone 13 smartfonu olub. Qeyd etmək lazımdır ki, 2021-ci ildə ən çox satılan smartfonlar arasında birinci yeri iPhone 12, 2020-ci ildə iPhone 11, 2019-cu ildə isə iPhone XR olmuşdu. Lakin statistikadan da görmək olar ki, keçən il iPhone 14 əvəzinə ən çox satılan model məhz iPhone 13 oldu.
        iPhone 14 isə reytinqin 7-ci pilləsində qərarlaşıb. Təbii ki, 2023-cü il hələ yeni başlayıb, lakin iPhone seriyasının adi versiyası əvvəlki illərdə olduğu kimi diqqət çəkən satış göstəricilərini sərgiləmir. Lakin onu da qeyd etmək lazımdır ki, dekabr ayında ən çox satılan smartfonlar arasında lider olaraq məhz iPhone 14 olmuşdu. Buna görə də sözügedən smartfon hələ yüksək satış nəticələri sərgiləyə bilər. Reytinqin ikinci yerini iPhone 13 Pro Max, üçüncü yerini isə iPhone 14 Pro Max tutub. Reytinqin ilk onluğuna həmçinin Samsung Galaxy A13, iPhone 13 Pro, iPhone 12, iPhone 14 Pro, iPhone SE 2022Galaxy A03 smartfonları daxil olublar. 
    Linki kopyala