main-post-cover

    2023-cü ildə ən çox satılmış 10 smartfondan 7-si iPhone olub

    Cihazlar+
    22.02.2024
    Emil Nəcəfov
         Counterpoint Research analitik şirkəti 2023-cü ildə bütün dünyada ən çox satılmış smartfonların reytinqini təqdim edib. Maraqlısı ondadır ki, təqdim edilmiş reytinqdə heç bir Çin brendinin adı yoxdur. Reytinqə ümumilikdə 10 smartfon daxil olub və onlardan 7-si Apple şirkətinin smartfonlarını, 3-ü isə Samsung şirkətinin smartfonlarını əhatə edirlər. 2022-ci ildə satışa çıxmasına baxmayaraq reytinqə əsasən 2023-cü ildə alıcılar arasında ən məşhur smartfon iPhone 14 olub.
         İkinci və üçüncü yerləri müvafiq olaraq iPhone 14 Pro MaxiPhone 14 Pro modelləri tutublar. iPhone 13 modeli reytinqin dördüncü pilləsində, iPhone 15 Pro Max isə beşinci pilləsində qərarlaşıb. Bununla belə iPhone 15 Pro Max modeli 2023-cü ilin dördüncü rübündə ən çox satılmış smartfon olub. Altıncı yeri iPhone 15 Pro, yeddinci yeri isə iPhone 15 tutub. Reytinqin son üç yerində Samsung smartfonları qərarlaşıblar. Söhbət, Samsung Galaxy A14 5G, A04e və A14 4G smartfonlarından gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Fit 3 smart qolbağı təqdim olunub
    samsung-galaxy-fit-3-smart-qolbagi-teqdim-olunub
    Növbəti Apple Watch istifadəçi bədəninin hansı səviyyədə tərlədiyini ölçmək imkanına sahib ola bilər
    novbeti-apple-watch-istifadeci-bedeninin-hansi-seviyyede-terlediyini-olcmek-imkanina-sahib-ola-biler
    Samsung Galaxy Ring smart üzüyü bu ilin ikinci yarısında təqdim oluna bilər
    samsung-galaxy-ring-smart-uzuyu-bu-ilin-ikinci-yarisinda-teqdim-oluna-biler
    Samsung Galaxy Z Fold 6 vacib özəlliyindən məıhrum ola bilər
    samsung-galaxy-z-fold-6-vacib-ozelliyinden-meihrum-ola-biler
    Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
    samsung-kecen-ilki-cihazlari-ucun-oneui-61-istifadeci-interfeysini-anons-edib