
2023-cü ildə smartfon təchizatı həcmi mövzusundakı lider brendlər məlum olub
Cihazlar+
16.01.2024
Emil
IDC adlı analitik şirkəti 2023-ci ildə smartfon təchizatı həcmi mövzusunda lider brendləri təyin edib. Məlum olub ki, keçən il bu mövzuda brendlər arasında rəqabət olduqca gərgin olub və iki əsas rəqib brend 2010-cu ildən indiyənə kimi ilk dəfə reytinqdəki yerlərini dəyişiblər. Beləliklə 2023-cü ildə smartfonların təchizatı həcmi mövzusunda lider şirkət Apple olub. Belə ki, o, 234.6 milyon smartfon istehsal edərək bazarın 20.1%-nə sahib olub. İkinci yeri Samsung şirkəti tutub. Belə ki, Samsung keçən il 226.6 milyon smartfon istehsal edərək bazarın 19.4%-nə sahib olub. Maraqlısı ondadır ki, Samsung bu reytinqə Apple şirkətinə 2010-cu ildən uduzmurdu. Reytinqin üçüncü pilləsində Xiaomi qərarlaşıb. Çin şirkəti 145.9 milyon smartfon istehsal edərək bazarın 12.55%-nə sahib olub. Xiaomi-dən sonrakı iki yeri isə OPPO və Transsion (Infinix, Itel və TECNO brendlərinin sahibi) şirkətləri tutublar.

Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Apple App Store mağazasını iki versiyaya ayıracaq
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti özünün App Store tətbiqlər mağazasını yaxın zamanda iki versiyaya ayıracaq.

Cihazlar+
Redmi brendi büdcəli Redmi A3-ü təqdim etməyə hazırlaşır
Xiaomi-nin Redmi brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır.

Cihazlar+
Apple Vision Pro-da istifadə edilən M2 prosessorunun versiyası məlum olub
Apple şirkəti Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının 2 fevral tarixində baş tutacaq satışlarına hazırlaşır.

Cihazlar+
Samsung Galaxy Y55-in fotosu ortaya çıxıb
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy Y55 adlı yeni smartfonu üzərində çalışır.

Cihazlar+
iPhone 16 Pro və iPhone 16 Pro Max Qualcomm-un 5G modemini əldə edəcəklər
Az əvvəl biz xəbər verdik ki, Jeff Pu adlı məşhur insayder iPhone 16 və iPhone 16 Plus smartfonlarının RAM göstəriciləri barəsində məlumat verib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
