
2024-cü il fevral ayında istifadəçilərin ən çox razı qalmış Apple cihazlarının reytinqi təqdim edilib
Cihazlar+
11.03.2024
Emil
AnTuTu bençmarkı 2024-cü ilin fevral ayı üzrə istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 cihaz daxil olub və onlar iPhone ilə iPad modellərini əhatə edirlər. Beləliklə AnTuTu-ya əsasən keçən ay istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazları reytinqinin ilk beşliyi belədir. iPad Pro 2 (10.5 düym ekran), iPad Air 4, iPhone 12 mini, iPad Pro 4 (12.9 düym ekran) və iPhone SE 2. İlk beşlikdən sonrakı cihazların sıralanması isə bu cürdür. iPad Pro 2 (11 düym ekran), iPad Pro 3 (11 düym ekran), iPad Air 5, iPad Pro (11 düym ekran) və iPad mini 5.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
