
2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib
Cihazlar+
04.02.2025
Emil
Counterpoint Research analitik agentliyi illik qlobal smartfon bazarı araşdırmasını dərc edib və 2024-cü ilin ən çox tələbat görən cihazını açıqlayıb. Araşdırmanın nəticələrinə görə, ötən ilin satış lideri iPhone 15 olub, hansı ki, 2023-cü ildə debüt etmişdi. Bu cihazın qlobal satışlarının təxminən yarısı ABŞ və Çində reallaşıb. İkinci və üçüncü yerləri iPhone 15 Pro Max və iPhone 15 Pro tutublar.
Yeni iPhone 16 Pro Max isə yalnız beşinci sırada qərarlaşıb. Samsung-un smartfonları da güclü satış göstəriciləri nümayiş etdirib. Koreyalı istehsalçının dörd smartfonu 2024-cü ilin ən çox satılmış ilk 10 cihazı arasına düşüb və onların arasında ən çox satılmış model Galaxy A15 5G olub.

Bundan başqa, Galaxy A15-in 4G versiyası, flaqman Galaxy S24 Ultra və büdcəli modeli Galaxy A05 də ilk onluğa daxil olub. Maraqlıdır ki, 2023-cü ildə Apple şirkətinin smartfonları satışların ilk yeddi pilləsini tuturdu və liderlər iPhone 14 seriyasının oxşar modelləri idi. Analitiklər hesab edirlər ki, 2025-ci ilin əsas trendi süni zəka dəstəyinə sahib smartfonlar olacaq. Bununla belə, top cihazlar sıralamasında ciddi dəyişikliklər gözlənilmir, çünki həm Apple, həm də Samsung bu seqmentdə güclü modellər təqdim etməyə hazırdır.
Mənbə: Counterpoint Research
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
