
AnTuTu 2024-cü ilin mart ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı 2024-cü ilin mart ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Həmin smartfonlardan 6-sı Snapdragon 8 Gen 3 prosessoru, 4-ü isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışır. Beləliklə keçən ay üzrə ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. ASUS ROG Phone 8 Pro, OPPO Find X7, iQOO 12, Nubia Red Magic 9 Pro+ və vivo X100 Pro. İlk beşlikdən sonrakı smartfonların ardıcıllığı isə belədir. iQOO Neo9 Pro, iQOO 12 Pro, vivo X100, Nubia Z60 Ultra və OPPO Find X7 Ultra.

Paylaş