Logo
    main-post-cover

    2025-ci ildə Apple şirkətindən qatlana bilən smartfonu gözləmək lazım deyil

    Cihazlar+
    13.01.2025
    Emil
         Apple şirkəti hələ qatlana bilən smartfonunu təqdim etməsə də heç şübhəsiz onun üzərində aktiv şəkildə çalışır. Daha öncə qatlana bilən iPhone-nun nə zaman təqdim olunacağı mövzusunda müxtəlif məlumatlar ortaya çıxırdı. Bəzi məlumatlarda 2026-cı il, bəzilərində isə hətta 2025-ci il qeyd edilirdi. Lakin bu il üçün qatlana bilən iPhone smartfonunu gözləmək lazım deyil.
         Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən qatlana bilən iPhone hələ planlama mərhələsindədir və o bu ilin sonuna kimi kütləvi istehsal üçün hazır olmayacaq. Son məlumat sızıntılarında qeyd edilirdi ki, Apple ilk qatlana bilən smartfonunun hazırlanması prosesində bəzi ciddi texniki problemlərlə qarşılaşıb və onlardan ən əsası smartfon ekranı üzərində qatlanma izidir. Şirkətin nəticə etibarilə bu problemi həll edib-etmədiyi bilinmir. Qeyd etmək lazımdır ki, şirkətin ilk qatlana bilən iPhone smartfonu böyük ehtimal ilə yalnız eSIM dəstəyinə sahib olacaq. Smartfonun ən tez 2026-cı ildə təqdim ediləcəyi gözlənilir.
    Paylaş