Logo
    main-post-cover

    2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib

    Cihazlar+
    15.09.2025
    Emil
         Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə. Reytinqdə qalan yerləri isə Apple Samsung bölüşüb. Apple xəttinin əsas mövqeyini tutan iPhone 16 ardıcıl ikinci rübdə də dünyanın ən çox satılan smartfonu olaraq qalaraq, ikinci və üçüncü yerləri tutan iPhone 16 Pro Max iPhone 16 Pro modellərindən fərqini artırıb. Reytinqin yeni üzvü iPhone 16e olub - siyahıda altıncı yeri əsasən Yaponiyada və ABŞ-da yüksək satışlarına borcludur. İlk onluğu isə hələ 2023-cü ildə satışa çıxmış iPhone 15 tamamlayıb.
         Samsung bu reytinqdə dörd mövqeyə sahib olub. Koreya istehsalçısının ən çox satılan modeli orta qiymət seqmentinə aid Samsung Galaxy A16 5G olub və o, siyahıda dördüncü pilləyə yüksəlib. Beşinci yerdə büdcəli Galaxy A06 4G modeli, yeddinci yerdə Galaxy A16 4G, flaqman Samsung Galaxy S25 Ultra isə yalnız səkkizinci yerdə qərarlaşıb. Bahalı smartfon yüksək satış göstəricilərini aktiv marketinq, generativ süni intellekt funksiyaları və Samsung flaqman modellərinə artan maraq hesabına əldə edib. Siyahıda Xiaomi-nin yeganə modeli isə doqquzuncu yerdə qərarlaşan Redmi 14C 4G olub - o, Latın Amerikasının, Yaxın Şərqin və Afrikanın inkişaf etməkdə olan ölkələrində məşhurdur. Birinci rübün nəticələrinə görə bu model səkkizinci yerdə idi.
    Paylaş