Logo
    main-post-cover

    2026-cı ilin Galaxy Buds 4 seriyası qiymət artımı olmadan təqdim edilə bilər

    Cihazlar+
    30.01.2026
    Ilhama
        Technote.az “TechRadar” platformasına istinadən bildirir ki, Samsung 2026-cı ildə təqdim edəcəyi Galaxy Buds 4 və Galaxy Buds 4 Pro qulaqlıqlarının qiymətini artırmağı planlaşdırmır. Hazırda bazarda olan Galaxy Buds 3 və Galaxy Buds 3 Pro modelləri yüksək qiymətləndirilir və sızan məlumatlar onların davamçılarının artıq 2026-cı ilin fevralında təqdim oluna biləcəyini göstərir. Məlumatlara əsasən, Avropa bazarı üçün nəzərdə tutulan qiymətlər mövcud modellərlə eynidir.
        Sızmaya görə, Galaxy Buds 4 üçün qiymət 179 avro, Galaxy Buds 4 Pro üçün isə 249 avro olacaq. Bu isə digər bazarlarda təxminən 179 dollar / 159 funt sterlinq və 249 dollar / 219 funt sterlinq səviyyəsində qiymətlər deməkdir. Avropada bəzi bazarlarda qulaqlıqların 25W simsiz şarj adapteri ilə birlikdə satılması da mümkündür. Məlumatın mənbəyi Notebookcheck saytına istinad edən Billbil-kun-dur. O, daha əvvəl də Samsung məhsullarının qiymətləri və təqdimat tarixləri ilə bağlı dəqiq sızmalarla tanınıb, bu da xəbərin etibarlılığını artırır. Bununla belə, məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
        Gözlənilən təqdimat tarixi 25 fevral 2026-cı il göstərilir. Qulaqlıqların qara və ağ rənglərdə satışa çıxacağı, Pro versiya üçün isə əlavə “ərik” rəng variantının ola biləcəyi bildirilir. Dizayn baxımından hər iki modelin daha kompakt olacağı, şarj qutusunun isə yenidən dizayn ediləcəyi deyilir. Buds 3 Pro-da olan “blade light” işıq effektlərinin bu dəfə istifadə edilməyəcəyi, lakin səs keyfiyyətində ciddi irəliləyişin olacağı vurğulanır. Galaxy Buds 4 və Buds 4 Pro modellərinin fevral ayının sonlarında keçiriləcək Samsung Unpacked tədbirində təqdim olunacağı gözlənilir və həmin vaxta qədər daha çox detalın sızacağı ehtimal olunur.
    Paylaş