main-post-cover

    3-cü nəsil Apple Watch Ultra-da ciddi dəyişikliklər olmaya bilər

    Cihazlar+
    02.05.2024
    Farid Pardashunas
         Apple şirkəti bu il 3-cü nəsil Apple Watch Ultra smart saatını təqdim edə bilər. İndi isə Ming-Chi Kuo adlı məşhur analitik 3-cü nəsil Apple Watch Ultra barəsində bəzi məlumatları təqdim edib. Beləliklə analitikin sözlərinə əsasən Apple Watch Ultra 3-də ciddi dəyişiklikləri gözləmək lazım deyil. 3-cü nəsil Apple Watch Ultra çox güman ki, hal-hazırda aktual olan Apple Watch Ultra 2-nin xarici görünüşünü əldə edəcək.
         Texniki imkanlar mövzusunda da çətin ki, Apple Watch Ultra 3-də ciddi dəyişikliklər olsun. Analitikin sözlərinə əsasən şirkət növbəti nəsil Apple Watch Ultra-ya sadəcə olaraq bir sıra yeni funksiya ilə qan təzyiqini ölçməyə imkan verəcək sensoru əlavə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Apple Watch Ultra 2 də orijinal Apple Watch Ultra-dan çox az fərqlənirdi. Apple Watch Ultra 3 sentyabr ayında iPhone 16 smartfon seriyası ilə birlikdə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 17.5 ilə iPhone-lara təmir xüsusiyyəti gəlir!
    ios-175-ile-iphone-lere-temir-xususiyyeti-gelir
    Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləməməyə başlayıb: Bəs problemi necə həll etmək olar?
    bezi-iphone-larin-zengli-saat-xususiyyeti-islememeye-baslayib-bes-problemi-nece-hell-etmek-olar
    Beats Solo 4 və Solo Buds naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    beats-solo-4-ve-solo-buds-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Yeni iPad Pro bazarın ən yaxşı OLED ekranını əldə edəcək
    yeni-ipad-pro-bazarin-en-yaxsi-oled-ekranini-elde-edecek
    İkinci nəsil Apple Vision Pro-nun təqribi çıxış müddəti açıqlanıb
    ikinci-nesil-apple-vision-pro-nun-teqribi-cixis-muddeti-aciqlanib