
3 qat qatlana bilən Huawei Mate XT-nin ön sifarişlərinə artıq start verilib
Cihazlar+
09.09.2024
Emil
Huawei şirkəti artıq sabah yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət Huawei Mate XT adlı 3 qat qatlana bilən smartfondan gedir. Təqdimata 1 gün qalmış məlum olub ki, şirkət bu yeni qatlana bilən smartfonunun ön sifarişlərinə artıq start verib. Belə ki, Çinin JD.com adlı saytında Mate XT-ni ön sifariş etmək olar. Bununla belə saytda Mate XT-nin ətraflı texniki imkanları barəsində məlumatlar qeyd edilməyib. JD.com-da sadəcə qeyd edilib ki, smartfon 16 GB RAM və 512 GB/1 TB daxili yaddaş həcmi versiyalarında mövcuddur. Çində smartfonun satışlarına 20 sentyabr tarixində start verilməlidir. Gözləntilərə əsasən Huawei Mate XT smartfonu Kirin 9000 seriyasına daxil olan prosessorlardan biri vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
